Bəd əlamətlərə inanma!

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 2 067
Səs ver:
(səs: 2)
İslamdan qabaq cahiliyyət dövründə ərəblərdən kimsə bir işi görmək istədikdə, göyə baxar və göydə gör­dü­yü quşun sağ tərəfə, yaxud sol tərəfə uçmasıyla, görmək istədiyi işin uğurlu və ya uğursuz ola­cağını təyin edərdi. Habelə xoşagəlməz bir səs eşitdikdə və ya arzu edilməyən bir adam gördük­də, bunu uğursuzluq əlaməti hesab edərdilər. Bəziləri Şəvval ayında evlənməyi uğur­suzluq sayardılar. Aişə bu cür etiqadın batil olduğunu bildirib demişdir: “Allahın Elçisi mənimlə Şəvval ayında nikah bağlamış, habelə məni şəvval ayında öz evinə gətirmişdir...” Bundan başqa o vaxt ərəblər çərşənbə gününü, habelə Səfər ayını da uğuzsuz əlamət hesab edərdilər. Bunların və bunlara bənzər inancların hamısı batildir. Çünki hər bir işdə uğur və müvəffəqiyyət Uca Allahın əlindədir. O buyurur:
“Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir” (Yunus, 107).
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır” (Əhməd 1/389).
Bir dəfə Allah Rəsulunun yanında uğursuzluqdan söz açıldı. Rəsulullah uğursuzluq haqda buyurdu: “Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: “Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir). (Əbu Davud, Tibb, 24)
Hər hansı bir şeyin uğursuz olmasına inanan Allahın xeyir və zərər verməsini inkar edərək bu işdə Ona şərik qoşur. Hər bir müsəlman Qurani Kərim və Peyğəmbərin səhih hədislərində xəbər verilən doğru İslam inancını öyrənməyə çalışmalıdır.
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 2 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri