Allah kimləri sevir?

Müəllif: heyatim_menim
Şərhlər: 2
Baxılıb: 3 719
Səs ver:
(səs: 1)
Qurani Kərimdə və Muhəmməd peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - səhih hədislərində Uca Allahın müəyyən əməlləri, sözləri və müəyyən xislətlərə sahib olan bəndələrini sevdiyi xəbər verilir. Onun bu haqda bizə xəbər verməsi bizim dərhal Onun sevdiyi həmin xislətlərə sahib olmağımız, Onun sevdiyi əməlləri etməyimiz və tez-tez Onun sevdiyi sözləri söyləməyimiz üçündür. Bunları yerinə yetirməklə biz Onun məhəbbətini qazana bilərik.
Uca Allah müttəqi bəndələrini sevir. Müttəqilər Allahın buyurduqlarını yerinə yetirən və Onun qadağan etdiklərindən çəkinənlərdir. Uca Allah buyurur:
“Həqiqətən, Allah müttəqiləri sevir” (ət-Tövbə, 4).
O, yaxşılıq edənləri sevir:
“Allah yaxşı iş görənləri sevir” (Ali İmran, 134).
O, tövbə edənləri və günahdan təmizlənənləri sevir:
“Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da” (əl-Bəqərə, 222).
O, səbir edənləri sevir:
“Allah səbir edənləri sevir” (Ali İmran, 146).
O, ədalətli olanları sevir:
“Şübhəsiz ki, Allah ədalətli olanları sevir” (əl-Maidə, 42).
O, təvəkkül edənləri sevir:
“Həqiqətən, Allah təvəkkül edənləri sevir” (Ali İmran, 159).

Muhəmməd peyğəmbər Allahın sevdiyi və razı qaldığı bütün əməllər, əxlaqı keyfiyyətlər və sözlər haqqında xəbər vermiş və o, özü bu xüsusiyyətlərə sahib olmuşdur. Ona görə də Uca Allah ümumi məna daşıyan bir ayədə Öz məhəbbətini Peyğəmbərə tabe olmağa bağlamışdır. Uca Allah buyurur:
“De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir" (Ali İmran, 31).
Allah yalnız Onun xatirinə edilən əməlləri sevir
Allah Elçisi demişdir: “Uca Allah buyurdu: “Mənə görə bir-birlərini sevən­lərə məhəb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara mə­həb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edən­lə­rə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-bir­lərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuş­dur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edər­lər”.
Allah gözəl əxlaqı sevir
Allah Elçisi demiş­dir:
“Şübhəsiz ki, Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərd­dir və comərd olanları sevir. Həmçinin, yüksək əxlaqı sevir, pis əxlaqı isə sevmir”.
“Allah hər bir işdə müla­yim olmağı sevir.”
“Əgər Allah bir ailəni sevərsə, onlara mülayimlik bəxş edər”.
“Uca Allahın ən çox sevdiyi qulları ətrafındakı insanlara qayğıkeş olanlar­dır”.
Allahın sevdiyi kəlmələr
Allah Elçisi demişdir: “Allah üçün ən sevimli olan kəlmələr bu dörd kəlmədir. Bunların hansı birisi ilə başlamağının sənə heç bir zərəri yoxdur: “Subhənallah, əlhəmdulilləh, lə iləhə illəllah və Allahu Əkbər”.
Həmçinin, o demiş­dir: “Rahmənə se­vimli, tələffüzü asan və tərəzidə ağır gələn iki kəlmə var­dır ki, bunlar: “Sub­hanəllahi və bihəmdihi, subhanəllahil-Azim!” kəlmə­ləridir”. (əl-Bu­xari, 7563). Tərcüməsi: Allah pak və müqəddəsdir! Həmd Ona məxsusdur! Böyük Allah pak və müqəddəsdir!
Allah bir qulunu sevərsə...
Peyğəmbər demişdir: “Allah bir qulunu sevdiyi zaman Cəbrailə: “Allah filankəsi sevir, sən də onu sev!”– deyə buyu­rur, Cəb­rail də həmin adamı sevir. Sonra Cəbrail səma əhlinə xitab edib: “Allah filankəsi sevir, siz də onu sevin!”– deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanların da ona rəğbət bəslə­məyə başlayırlar.” (əl-Buxari, 3209).
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri