İmam Əli (ə) Müharibələrdə

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 2 455
Səs ver:
(səs: 2)
Əli Məhəmmədin sağlığında Təbuk döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Bəzi döyüşlərdə sıravi bir döyüşçü kimi döyüşmüş, bəzilərində isə başçılıq etdiyi dəstəsiylə hücumlar təşkil etmişdir.

Əli ilk dəfə Bədr döyüşündə iştirak etmişdir. Əməvilərin məşhur sərkərdələrindən Vəlid ibn Utbə başda olmaqla bir çox sərkərdə və əsgərləri məğlub etmişdir. İslami mənbələrə əsasən Əli döyüşdə 20-30, əksər mənbələrə əsasən 27 döyüşçü öldürmüşdür.

Əli Uhud döyüşü başda olmaqla bir çox döyüşdə Zülfüqar adlı ikiqıynaqlı qılıncıdan istifadə etmişdir. Uhud döyüşündə müsəlmanlar qaçarkən, Məhəmmədi qoruyaraq xüsusi rol ifa etmiş və Məhəmməd də onun haqqında "Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur." demişdir. Əli Xeybər döyüşündə müsəlman ordusuna başçılıq etmişdir. Bu döyüşdən sonra Məhəmməd ona ərəbcədən tərcümədə "Allahın aslanı" mənasını verən "Əsədullah" ləqəbini vermişdir. Əli 630-cu il Huneyn döyüşündə də Məhəmmədi müdafiə etmişdir.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 455
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri