Qısa və mənalı danışmaq haqqında

Müəllif: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 3 512
Səs ver:
(səs: 3)
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Mənə cavamiul-kələm (qısa kəlimələrdən ibarət ancaq geniş mənaları əhatə edən sözlər) verildi" (Müslim). Digər rəvayətdə isə: "Mən yığcam kəlmələrlə peyğəmbər göndərildim" (Səhih əl-Buxari, 2977)
Rəvayət edilir ki, bir kişi qalxıb sözü uzadaraq danışdı. Amr ibn As (Allah ondan razı olsun) dedi: "Əgər bu adam qısa danışsaydı, özü üçün daha xeyirli olardı. Mən Rəsulullahın belə dediyini eşitdim: "Mənə əmr olundu ki, sözü uzatmayım. Çünki (sözü) uzatmamaq daha xeyirlidir." (Əbu Davud)
Aişə (Allah ondan razı olsun) demişdir: "Rəsulullah sizin kimi tələm-tələsik və qatma-qarışıq danışmazdı. Əksinə, həm aydın, həm də aramla elə danışardı ki, yanında oturanlar onun dediklərini yadda saxlayardılar." (Buxari, Muslim). Peyğəmbər danışdıqda elə danışardı ki, kəlmələri saymaq istəyən saya bilərdi. (Buxari, Muslim)
Peyğəmbərin sözləri nə uzun yorucu, nə də ki qısa faydasız olardı. Özü də nə kobudluq edər, nə də bir kimsənin mənliyinə toxunardı. O, nə söyüşcül, nə də bazarda qışqırbağır salan bir adam deyildi, həm də pisliyi pisliklə dəf etməz, əksinə, əfv edər və bağışlayardı. (Buxari)
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 3 512
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri