Hədiyyə dostluq və sevginin artmasına səbəbdir

Müəllif: heyatim_menim
Şərhlər: 4
Baxılıb: 1 546
Səs ver:
(səs: 3)
Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - hədiyyələşməyin sevgi yaradan şeylərdən olduğunu bildirərək bu əmələ təşviq etmişdir. Hədiyyələşmək, salam vermək, xəstələri ziyarət etmək, ehtiyac anında yardım etmək və digər əməllər insanlar arasında dostluq və sevgini artırır. Peyğəmbərimiz demişdir:
"Hədiyyə verin ki, bir-birinizi sevəsiniz" (Beyhəqi)
“Hədiyyələşin, çünki hədiyyə dostluğu artırar, kini, düşmənliyi aradan qaldırar”. (Tabərani, Əbu Nuaym)
"Ey müsəlman qadınlar, qonşu qonşuya (verdiyi şeyin az olmasını düşünüb), hətta qoyunun boyun ətini verməkdən çəkinməsin" (Buxari, Muslim)
Verilən hədiyyəni qəbul etmək vacibdir:
“İstəmədən veriləni alın! O, Allah Təalanın göndərdiyi ruzidir". (Beyhəqi)
“Dəvəti qəbul edin, hədiyyəni rədd etməyin!” (Buxari)
“Hədiyyə, Allahın göndərdiyi gözəl bir ruzidir. Hədiyyəni qəbul edin və qarşılığında daha gözəlini verin!” (Tirmizi)
“Hədiyyə verənə siz də hədiyyə verin! Əgər verəcək bir şey tapa bilməzsəniz, onun üçün dua edin ki, hədiyyə qarşılıqsız qalmasın!” (Nəsai)
"Heyvanın qoluna və ya ayağına qonaq edilsəm, yaxud qolu və ya ayağı mənə hədiyyə edilsə (dəyərinin az olmasına baxmadan) qəbul edərəm" (Buxari)
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 1 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri