Müsəlman din xadimi: Selfi haramdır!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 143
Səs ver:
(səs: 0)
Müsəlman din xadimi selfi çəkdirməyi günah elan edərək, bunun özündənrazılıq əlaməti olduğunu bildirib.

Tanınmış indoneziyalı din xadimi Feliks Siau (İndoneziya əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsidir – red.) öz Twitter səhifəsində selfi çəkdirməməyə səsləyən bir sıra qeydlər edib.

O, xüsusilə də müsəlman qadınların çəkdirdikləri şəkilləri pisləyərək, onları "natəmiz” adlandırıb.

Onun sözlərinə görə, selfi müəlliflərinin sosial tanınmaya ehtiyacları var və bu şəkillər onlara özlərini başqalarından yaxşı hiss etməkdə kömək olur.

"Biz günahlardan ən pisinə - özündənrazılığa məruz qalmışıq”, - deyə, o, bildirib.

Onun bu bəyanatına cavab olaraq, yüzlərlə sosial şəbəkə istifadəçisi #Selfie4Siauw heşteqi ilə selfilər paylaşıblar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 143
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri