İspaniyalı xanım İmam Rzanın (ə) hərəmində müsəlman oldu

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 204
Səs ver:
(səs: 0)
Kəramət ongünlüyünün keçirildiyi günlərdə bir ispaniyalı xanım Rəzəvi Qüds ostanında İslam dinini qəbul edərək, müsəlman olub.

Müqəddəs Rəzəvi məscidində kəramət ongünlüyü tədbirlərinin xəbər mərkəzinin bildirdiyinə əsasən, İspaniya vətəndaşı xanım Kristiana Hernandez Rəzəvi məscidində kəlimeyi-şəhadəti dilə gətirərək, İslam dinini qəbul edib.

İslam dini ilə şərəfləndikdən sonra, özünə Mərziyyə adını seçən ispaniyalı xanım, İslam dinini niyə qəbul etdiyini belə açıqlayıb: "Mən bundan təxminən bir il əvvəl bir Quran hədiyyə almışdım. Quranı oxuyaraq, məndə çox gözəl hisslər yaranmağa başladı. Bu məsələ isə mənim İslam dininə maraq göstərməyimə və bu din ilə bağlı araşdırma aparmağıma səbəb oldu".

O, İslam dini və məsum İmamların (ə) həyatı ilə bağlı ciddi araşdırmalar aparmasından sonra, İslam dinini seçməyə qərar verdiyini qeyd edib: "Mən Kərbəlaya getmək və İmam Hüseyni (ə) yaxından ziyarət etməyi arzu edirəm. Çünki mən Kərbəla hadisəsi ilə bağlı araşdırma aparmışam və bu səbəblə yaxından oranı ziyarət etmək istəyirəm".

İspaniyalı xanım açıqlamasının davamında, müsəlman olması səbəbilə çox xoşbəxt olduğunu qeyd edərək, vətəninə qayıtdıqdan sonra İslam dinini təbliği edib yoldaşlarını İslam dini ilə tanış edəcəyini söyləyib.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 204
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri