Duanın qəbul olunması şərtləri...

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 8 266
Səs ver:
(səs: 1)
 

Duanın lüğəti mənası, çağırmaq deməkdir. Amma müsəlmanların istilahatında Allaha(c.c) razü niyaz etməkdir. Dua Quran kimi Allahla(c.c) danışmaqdır, fəqət fərq ondadır ki, Quran göydən yerə nazil olub, dua isə yerdən göyə ucalır. Göydən yerə enən və yerdən göyə qalxan kəlam- hər ikisi nəticə etibarilə insanın düzgün tərbiyəsindən ötrüdür. Hər ikisi də Allahla(c.c) bəndə arasında əlaqədə olmaqdır. Quran Allah(c.c) kəlamıdır, insanlara xitabdır. Dua isə insanların Allaha(c.c) yalvarışıdır. Odur ki, Quran və hədislərə söykənərək deyə bilərik ki, dua ən gözəl ibadətlərdən biridir. 
Dua Allahdan(c.c) istəməkdir və Allah(c.c) bəndələrinin sızıltısını sevər.Hədislərdə rəvayət olunur ki, Allah(c.c) öz bəndəsinin ah-naləsini eşidəndə mələklərə deyər ki, bəndənin istəyini verməyə tələsməyin. Qoy bəndəm çox ahu-zar etsin, mən onun yalvarışını sevirəm. 
Necə ki Allah-təala öz kitabında buyurur: "Məni çağırın, mən də sizə cavab verim".
Bundan məqsəd odur ki, Allah(c.c) öz bəndəsinin "Ya Rəbb! Ya Rəbb!" fəryadını eşitsin. Əlbəttə, Allah-təala bəndə istəmədən də, yəni qeyd-şərtsiz onun istəyini verməyə qadirdir. Həm də Allah-təala bilmək istəyir ki, hansı bəndəsi onu yada salır, və hansı bəndəsi unudub. 
Hz. Mühəmməd(s.ə.s) buyurub: "Dua möminin silahı və dinin sütunudur".
Həmçinin Əhli-Beyt Əleyhissəlamdan varid olub ki, "İbadətləri ən yaxşısı və yer üzərində əməllərin ən sevimlisi- böyük Allahın(c.c) dərgahında duadır". 

Dua, Allah-təalaya yalvarmaq, kömək istəməkdir. 


Dua, Allahı(c.c) zikr etmək, yada salmaq, ən böyük ibadət və ən qüdrətli bir nəzir-niyazdır.
Dua kimi ibadət, insanın imdadına çatan bir vasitə yoxdur, kamil insan duadan bir an belə uzaq olmaz. 
Dua, ümidsizlərin ümid qapısıdır, bütün arzuların açarıdır. 
Dua olmasa gözəl və xoşbəxt bir dünya həyatı yaşamaq mümkün deyil.
Dua, çarəsizlərə, darda qalanlara maddi ümidlərin kəsildiyini anlayıb Allaha(c.c) əl açıb, imdad istəyənlərin qüurtuluş vasitəsidir. 
Duasız insan rahat və dinc yaşaya bilməz. Hər bir insan gündəlik dua oxumağı özünə adət etməli və hər hansı bildiyi duanı hər gün zikr etməlidir. Allah-təalanın rəhməti, mərhəməti sonsuzdur. Allah-təala heç bir bəndəsinə əzab vermək istəməz, bir bəhanə ilə bəndələrinin günahlarını bağışlamağı və əfv etməyi sevir.
Hz. Peyğəmbər buyurur: Cin şeytanlardan uzaq olmaq üçün "La hövlə vəla qüvvətə illa billahi Əliyyül Əzim" duasını çox zikr edin. İnsan şeytanlarından uzaq olmaq üçün mənə və Əhli-Beytimə çoxlu salavatlar göndərmək lazımdır, həmçinin Hz. Peyğəmbər buyurub ki, əgər salavatı tək mənə göndərib Əhli-Beytimə göndərməsən, oxuduğun dualar qəbul olunmur. Ümumiyyətlə, hər duanı başlarkən mütləq Hz. Peyğəmbərə salavat göndərmək lazımdır.


Duanın qəbul olunması şərtləri.  


Hər əməlin bir üsulu, qaydası olduğu kimi, dua etməyin də bir üsulu, qaydası, yolu vardır. Bu qiymətli əməli yerinə yetirmək üçün bəzi şərtlərə əməl etmək lazımdır. Həmin şərtlər bunlardır: 
Duanın şərtlərindən birincisi odur ki, Allaha(c.c) həmdü səna edəsən, sonra Peyğəmbər və onun Əhli-Beytinə salavat deyəsən.
Bütün günahlarını nəzərə alıb Allahdan(c.c) bağışlanmağı istəyəsən.
Ümidini bütün bəndələrdən kəsib, yalnız tək və qadir olan Allaha(c.c) ümid bağlayasan.
Təkcə dil və ürək yox, insanın bütün əzaları da dua halıında ola.
Duanın müstəcəb olmağına qətiyyən şübhə olmaya. 
Allahın hökmlərini yerinə yetirməyə əzm eləyə. 
Allahın(c.c) dərgahına yaxın olan müqəddəs şəxslərə, Peyğəmbərə(s.ə.s) və İmamlara(ə.s) and verə. 
Birdə ki, duanın müstəcəb olmağında müqəddəs zamanların(Qədr gecəsi, azan vaxtı, iftar vaxtı, cümə gecəsi, ərəfə günü)mühüm rolu var.
Ümumilikdə (bir neçə nəfərlə birgə) edilən duanın təsiri daha güclüdür.
Dua edən şəxsin yeməyi və geyimi halal olmalıdır.
Duanı özü eşidəcək qədər gizli etməli, başqaları eşitməməlidir. 
Duanı dəstəmazlı, üzü qibləyə, diz üstə etmək lazımdır.
Dua etdiyin vaxt sağa-sola baxmamalı, başqa söz danışmamalı, namaz qılan kimi etməli.
Dua halında ağlamaq gərəkdir.
Duadan qabaq bir xeyir və savab iş görmək lazımdır.
Dua edərkən əlləri yuxarıda və açıq tutmalı, dua bitdikdən sonra "Amin" demək lazımdır.

Dua etməyin vaxtı. 



Azan verilən vaxtda. 
Sübh vaxtı.
Gecə yarısından sonra.
Cümə günləri.
Bayram gecələri.
Ramazan ayının bütün günlərində.
Quran oxuduqdan sonra.
Yağış yağan vaxtda. 
Rəcəb ayının ilk gecəsində.
Namazdan sonra.

Allah-təala ürəyin istəklərindən agahdır, lakin sevir ki, insanların ehtiyacları onun dərgahında dua ilə istənilə.
Allah-təala buyurur:"Siz ey müsəlmanlar, heç vaxt duanı tərk etməyin, çünki haqq tərəfinə yaxınlaşmaq üçün ondan yaxşı vasitə yoxdur".
Arzum budur ki, Allah(c.c) bütün müsəlmanlara duanın şirinliyini nəsib etsin.
Onların ibadət və dualarını qəbul eləsin. Amin!


Redakte etdi: Pretty girl

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 8 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri