Allahın bəndəsindən razı olmasının nişanəsi nədir?

Müəllif: NoName
Şərhlər: 4
Baxılıb: 613
Paylaş:
Səs ver:
(səs: 0)
Bu dünyada Allahın bəndəsindən razı olub-olmamasının nişanəsi, İlahi vacibatlara əməl etmək və haramlardan çəkinməklə ölçülür. Hər bir müsəlman öz batininə müraciət edərək, vacibatları yerinə yetirmək və İlahi əmrlərə nə qədər sadiq olduğunun ölçüsünü müəyyən edə bilər. Bu ölçü Allahın bəndəsindən nə qədər razı olmağının ölçüsü olar. "Şübhəsiz, iman gətirib və saleh iş görənlər isə yaradılmışların ən yaxşılarıdırlar. Onların Rəbbi yanındakı mükafatları (evlərinin və ağaclarının) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Bu (mükafat) öz Rəbbindən qorxan kəslər üçündür". ("Bəyyinə" 7-8).

[b]Qadınlar.biz[b] bildirir ki, Allah bütün qanunlarını insanları səadətə və əbədi behiştə çatdırmaq üçün göndərmişdir. Bu qanunları vəhy, kitab və rəsullar vasitəsilə insanlara tanıtmışdır. Kamil insan o kəsdir ki, Allahın bütün qanunlarına əməl edərək, Onun razılığını əldə etsin. İnsanlar iman, təqva və əməl cəhətdən bərabər deyildirlər. Allah Təala 14 Məsumdan (ə) razıdır, eləcə də, Əbuzərdən də razı idi. Allahın onlardan razı olmaq ölçüsü əməlin kəmiyyət və keyfiyyətindən, ixlas və xalisliyindən asılıdır. (Erfan)
İmam Baqir (ə) buyurur: "Allah üç şeyi üç şeydə gizlətmişdir: razılığını itaətində qərar vermişdir, ona görə də heç bir ibadəti kiçik hesab etmə. Ola bilsin ki, Allahın razılığı o ibadətdə olsun. Qəzəbini günahda gizlətmişdir. Ona görə də günahı kiçik hesab etmə, ola bilsin ki, qəzəbi həmin günahda olsun. Övliyalarını insanların arasında gizlətmişdir. Ona görə də heç kəsi təhqir etmə, ola bilsin ki, o, Allahın vəlisi olsun".
Ona görə də Allahın kəlamı olan Quranda Onun razılığına səbəb olan əməlləri axtarıb tapıb, onları yerinə yetirmək lazımdır. Allahın razılığı ilə bağlı 30-dan çox ayə nazil olmuşdur.

[b]Bu ayələrdən çıxartdığımız nəticələrə görə, Allahın razılığının şamil olduğu bəndələri:[/b]
1. Allaha və Qiyamət gününə iman bəsləyənlər.
2. Dinlərini qorumaq üçün evlərini və vətənlərini buraxıb, hicrət edənlər.
3. Mal və canları ilə Allah yolunda cihad edənlər.
4. Davamlı olaraq vilayətin ardıcılıdırlar.
5. Allahın razılığını danışıq və əməlin düzlüyündə axtarmaq lazımdır.
6. Təqvaya riayət edənlər.
7. O kəslər ki, danışıq və əməllərində şiddətlə məsuliyyət hiss edirlər. Günahlarından qorxur və davamlı olaraq Allahdan bağışlanma istəyirlər.
8. Onlar nifaqdan, yalandan, fırıldaqdan, xəyanətdən uzaqdırlar.
9. Onlar bəndəlik yolunda təvazökar və mütidirlər.
10. Onlar malları və canları ilə infaq edirlər.
11. Davamlı olaraq əmr-be-məruf və nəhy-əz-munkər edirlər.
12. Namaz qılmaqda səy göstərirlər.
13. Mallarının zəkatını verirlər. Allahın və Peyğəmbərin (s) ardıcılıdırlar.
14. Kafirlərin qarşısında möhkəm divar kimidirlər.
15. Din qardaşlarına qarşı mehribandırlar.
16. Allahdan Onun razılığını və fəzlini istəyirlər.
17. Zahirləri və simaları dindar və mütidir.

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 613
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
aziz a
Allahim bizlerin gunahlarini bagisla ve bizi gunah emeller den cekindir ..Amin
14 sentyabr 2016 23:31
4
Rebbim kömek olsun cümlemize Amin
Offline
aLoNe AnGeL
Sitat: Cindrella
Allah hamimizdan razi olsun.

Amin
14 sentyabr 2016 23:20
3
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
Offline
Cindrella
Allah hamimizdan razi olsun.
14 sentyabr 2016 19:48
2
Offline
vipbetul
Rebbim her zaman razi olduqu sevdiyi qullarindan olaq Amin Insallah
14 sentyabr 2016 19:14
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv