Qünutda əllərin xüsusi şəkildə tutulmasının səbəbi nədir?

Müəllif: heyatim_menim
Şərhlər: 3
Baxılıb: 1 894
Səs ver:
(səs: 0)
Sual: Qünutda əllərin xüsusi şəkildə tutulmasının səbəbi nədir?

Cavab: Qünut müstəhəb namaz əməllərindən biridir. Qünut zamanı əlləri qoşalaşdırıb ovucları açmaq və sifət bərabərində qaldırmaq müstəhəbdir. Bu zaman əl barmaqları bir-birinə yapışdırılır, baş barmaqlar açılır. Bu, sanki açıq kitab vəziyyətini xatırladır. Mənasını belə izah etmək olar ki, sanki insan qünut halında öz əməl dəftərini oxuyur. Rəvayətlərə görə, qiyamət günündə hər kəsin yaxşı və pis əməlləri yazılmış dəftər ona veriləcək və insan öz əməl dəftərini oxuyub, nə işlər gördüyünü xatırlayacaq. Qünut vəziyyətində insan sanki indidən öz əməl dəftərini oxuyur. Bununla da onun məsuliyyət hissi artır və qiyamət gününün düşüncəsi ilə yaşamış olur.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri