ALLAHIN adlari da mocuzedir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 9 158
Səs ver:
(səs: 3)

"Allah" sözü başdan başa möcüzədir !

İordaniyanın Yərmuk Universitetinin ispaniyalı tələbəsi apardığı araşdırma nəticəsində belə qənaətə gəlib.

Sözügedən universitetin Ərəb dili və Ədəbiyyatı fakültəsinin ispaniyalı tələbəsi Elen "Allah” sözünü fonetik təhlil etdiyi zaman maraqlı faktla qarşılaşıb. Apardığı təhlildən sonra o, "Allah” sözünün bir möcüzə olduğunu bildirib.

"Ərəb dilində oxuduğum ən gözəl söz "Allah” kəlməsidir. Onun adının tələffüzündə belə, gözəl musiqi vardır. Çünki Onun adının hərflərinin düzülüşü digər bütün adlardan fərqlidir. "Allah” sözünün tələffüzü dodaqlardan deyil, daxildən gəlir və bütün bədəni titrədir” – deyə Elen bildirib.

Helen "Allah” sözünün möcüzə olmasını isə belə izah edir: 

"Əgər "Allah” kəlməsindən ilk hərf olan "əlif” hərfini çıxsaq, bu zaman söz "Lilləhi” kimi oxunar. Bu isə Quranın aşağıdakı ayəsində belə qeyd edilib: "və lilləhil-əsməul-husnə fəduhu bihə” - "Ən gözəl adlar (Əsma əl-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin” (əl-Əraf, 180). Əgər sözdəki birinci və ikinci hərfləri, yəni "əlif” və birinci "ləm” hərflərini ixtisar etsək, bu zaman o, "ləhu” kimi oxunacaqdır. Quranın aşağıdakı ayəsində də "ləhu” sözü ilə Allah nəzərdə tutulub: "Ləhu mə fis-səməvati vəl-ərd” – "Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur” (ən-Nisa, 132). "Əlif” və hər iki "ləm” hərflərini sözdən çıxartsaq, yerdə zəmməli (Ərəb ədəbi dilində qısa "u” saitini bildirir) "hu” hecası qalır. Buna isə "Huvəlləzi lə iləhə illə hu” – "O, Özündən başqa heç bir tanrı olmayan…Allahdır” (əl-Həşr, 22) ayəsini misal göstərmək olar. Sözdəki ilk "ləm” hərfi çıxarıldığı təqdirdə kəlmə "İlah” kimi oxunacaqdır. "Allahu lə iləhə illə hu” - "Allah başqa heç bir tanrı yoxdur” (əl-Bəqərə, 255). Bu ayədə "İlah” kəlməsi ilə Allahın nəzərdə tutulduğu şübhəsizdir. Bu, Yaradanın adında belə, Onun ucalığının dəlillərindəndir” – deyə Elen bildirib.

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 9 158
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri