Ad günü keçirmək günahdırmı?

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 539
Səs ver:
(səs: 0)
Qadinlar.Biz islam.az-a istinadən bildirir ki, ad günü keçirmək günah deyil. Bunu haram hesab edən, hətta müqəddəs şəxslərin mövlud mərasimini qeyd etməyi pis bidət sayan qüvvələr səhv düşünürlər. Amma ad günü keçirərkən bəzi qaydalara riayət etmək gərəkdir. Əvvəla, ad günü insanı təkəbbürə salmamalıdır. Əgər kimsə qohumları və dostları bir araya yığmaq, onlarla görüşmək, siley-rəhim etmək niyyəti ilə ad günü keçirirsə, bunu təqdirəlayiq hal hesab etməliyik. Yox, əgər kimsə özünü göstərmək, hədiyyə toplamaq, haram üsullarla əylənmək üçün ad günü keçirirsə, əlbəttə, günah edir. İkincisi, ad günü məlislərində israfa yol vermək, hədsiz təmtəraqlı süfrə açmaq olmaz. Üçüncüsü, məclis haramdan uzaq şəkildə keçirilməlidir. Süfrədə halal yeməklər olmalı, haram qida və içkilərdən çəkinməli, naməhrəmlik şərtləri gözlənməlidir. Əgər bu qaydalara riayət edilərsə, ad günü keçirmək icazəlidir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 539
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri