"Qorxuram ki, nə qədər ibadət etsəm də, cəhənnəmə düşəcəyəm..."

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 3 019
Səs ver:
(səs: 0)
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Allah buyurur: "Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua (istiğfar) edirsən və Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram". (ət-Tirmizi, 3540).
Qadinlar.Biz zikr.az-a istinadən bildirir ki, müsəlman qorxu və ümidlə yaşamalıdır. Qorxmalıdır ki, cəzalanar. Ümid etməlidir ki, bağışlanacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ölüm ayağında olan bir gəncin yanına daxil oldu və ondan soruşdu: "Özünü necə hiss edirsən?" Gənc dedi: "Vallahi, ey Allahın Elçisi! Mən Allaha ümid edirəm və günahlarımdan qorxuram". Allah Elçisi (ona Allahın salavatı və salamı olsun)​ belə buyurdu: "Belə bir vaxtda qulun qəlbində bu iki şey birləşsə, Allah ona umid etdiyini verər və qorxduğundan da əmin edər". (ət-Tirmizi, 983). Kimin Cənnətə və ya Cəhənnəmə düşməyini Allahdan başqa heç kəs bilməz. Allah barəsində gözəl zəndə olmaq lazımdır. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Uca Allah belə buyurdu: "Mən qulumun barəmdəki zənni yanındayam. Mənə dua etdikdə, Mən onun yanında oluram". (əl-Buxari "Ədbul-Mufrad" 616). Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "Hər kəs başqa cür deyil, yalnız Qüdrətli və Əzəmətli Allaha hüsn-zənn edərək (gözəl zənlə) dünyadan köçsün!" (Muslim, Cənnət, 81). Ona görə siz Allaha ümid edin, Ona təvəkkül edin. Uca Allah buyurur: "Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir" (əl-Bəqərə, 173)
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri