Maddi imkansızlığa görə üzülmə

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 192
Səs ver:
(səs: 0)
İnsan, yaradılış olaraq rahatlığa meyillidir. Rahatlıq içində olan insanların çoxu isə, mənəvi boşluğa daha tez düçar ola bilirlər. Çünki, dünyadan doymaq olmur ki, olmur.. Peyğəmbərimiz bu haqda belə buyurmuşdur: “..Adəm övladının bir vadisi (dünya malı) olsa, ikincisini istəyər. Onun iki vadisi olsa, üçüncüsünü istəyər. Adəm övladının qarnını yalnız torpaq doldurar..” (Musnəd).

Buna görə də, çoxumuzun zənn etdiyi kimi çoxluqda deyil, azlıqda salamatlıq vardır. Çünki insan, bolluq zamanı bəzən Allah’ı belə unudur, nankorluq edir. Uca Rəbbimiz buyurmuşdur: “İnsan öz Rəbbinə qarşı çox nankordur. Və o özü də buna şahiddir. Həqiqətən, insan var-dövlətə çox hərisdir!” (Adiyat, 6-8).

Əsl rahatlıq – Allahın verdiyinə çoxlu şükür etmək və dünyaya qəlbən çox bağlanmamaqdadır. Bax bu zaman, var-dövlətin çoxluğuna deyil, azlığına sevinmək mümkün olur. Süleymana qalmayan dünya, ondan sonra heç kimə qalmayacaq, bolluq da olsa, azlıq da olsa, hər kəs dünyadan əliboş çıxıb gedəcək: “Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.” (Məryəm, 40).

Hikmətli insanlar deyərdilər:
“Su, çörək və kölgə – ən qiymətli nemətlərdir.
Əgər “əlim aşağıdır” – desəm,
Rəbbimin nemətinə nankorluq etmiş olaram.
Onsuz da dünya – sərin su, isti çörək və gözəl bir kölgəlikdən başqa bir şey deyildir..”
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri