Allahın sevimli bəndəsi olmaq üçün səbəblər

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 678
Səs ver:
(səs: 1)
Uca Allahın öz bәndәsini sevmәsinә vә bәndәnin Rәbbini sevmәsinә sәbәblәr:
1. Quran -mәnalarını düşünәrәk, anlayaraq- oxumaq vә bu mübarәk kitabın әmrlәrinә riayәt edәrәk, hökmlәrinә razı olmaq.

2. Vacib olan ibadәtlәri yerinә yetirdikdәn sonra, nafilә/müstәhәb әmәllәrlә Allaha yaxınlaşmağa çalışmaq. O’na olan itaәti artıraraq, günahlardan çәkinmәk.

3. Hansı halda, hansı vәziyyәtdә olursa-olsun – dil, qәlb vә xeyirli davranışlarla davamlı olaraq Allah’ı yad/zikr etmәk.

4. Günahlara olan hәva-hәvәs güclü olduğu zaman vә ya mәkanlarda, nәfsi deyil, Allahı razı salacaq әmәllәri etmәyi seçmәk.

5. Qәlbin – Allahın ad vә sifәtlәrinә/vәsflәrinә baxaraq, O’nun böyüklüyünü düşünmәsi/tәfәkkür etmәsi.

6. Allahın bәxş etdiyi -gizli vә aşkar- bütün nemәtlәri düşünәrәk, O’na layiq olduğu şәkildә şükr etmәyә çalışmaq.

7. Allah’ın hüzurunda durarkәn, O’na boyun әyәrәk acizlik, sәmimiyyәt vә hörmәtlә yalvararaq dua etmәk.

8. Gecәnin son vaxtlarında – yәni, duaların qәbul edildiyi o anlarda Allahı xatırlamaq, O’na ibadәt edәrәk, israrlı bir şәkildә bol-bol dua etmәk.

9. Allahı sevәn vә hәqiqi mәnada qorxan sәmimi bәndәlәrlә oturub-durmaq vә onların elmindәn vә әdәb-әxlaqından faydalanmaq.

10. Allah ilә bәndәsinin qәlbini bir-birindәn uzaqlaşdıran hәr cür söz vә davranışlardan uzaq durmaq. Xüsusәn dә, yalançı şahidlikdәn, haram yemәkdәn, insanlara әziyyәt vermәkdәn, qeybәtdәn, söz gәzdirmәkdәn vә digәr Allahın sevmәdiyi pis işlәrdәn çәkinmәk.

Ayxan Yaquboğlu
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 678
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri