Yaxşı insanların intiqamı

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 405
Səs ver:
(səs: 0)
İnsan – intiqam hissinə meyilli yaradılmışdır. Ona qarşı edilmiş yanlış hərəkətə qarşılıq olaraq, dərhal əvəzini çıxmaq istəyər və bununla da özünü “rahatlaşmış” hiss edər. Lakin, əslində, bununla insanın sadəcə olaraq nəfsi rahatlaşmış olur, mənəvi rahatlıq yaranmaz. Uca Allah buyurmuşdur:

“..Bununla belə kim (pislik edəni) bağışlasa və (onunla) barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz!” (Şura, 40).

Allah, nəfsə görə intiqam almağa deyil, nəfsi sındıraraq bağışlama yolunu tutmağa görə mükafat vəd etmiş və “Sən bağışlama yolunu tut..” (Əraf, 199). – deyə buyurmuşdur. Çünki, Peyğəmbərimizin (Ona Salam olsun) buyurduğu kimi, “Qulun bağışlamasına görə, Allah onun izzətini artırar”. Həqiqətən də, nəfsinə görə intiqam alan hər bir kəs, mənəvi olaraq mükafat almaz, əksinə qəlbində zəlillik yaranar və bunu, bəlkə də bir müddət sonra hiss edər. Bağışlayan kəs isə, həm Allah qatında, həm də insanlar arasında daha hörmətli, daha şərəfli məqama nail olar. Uca Allah, Öz sevimli bəndələri haqda danışarkən belə buyurmuşdur:

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (Ali-İmran, 134).

Əfv etmək səbəbilə hasil olan izzət, intiqam səbəbilə hasil olan “izzət”dən daha sevimli və daha faydalıdır. Çünki, intiqam – insanı zahirən izzətli göstərsə də, daxildə yalnız narahatlıq və zəlillik yaradır. Bağışlamaq isə – həm zahirdə, həm də daxildə izzət’ə səbəb olur. “Kim bu dünyada bir bəndənim eybini örtərsə, Allah da Qiyamət günü onun eyiblərini örtər.” – deməklə, əziz peyğəmbərimiz buna işarə etmişdir.

Xülasə, nəfsə görə intiqam alan əliboş qalar, Allahın bəyəndiyi şəkildə hərəkət edənlər isə, böyük mükafatlar qazanarlar. Uca Allah demişdir:

“Əlbəttə, hər kəs (pisliyə) səbr edib (qisası) bağışlasa, (onun bu hərəkəti şəriətcə) çox bəyənilən əməllərdəndir!” (Şura, 43).

Bütün bunlardan sonra, intiqam almaqda israr edənlər üçün bir çıxış yolu da vardır :) Müdriklər demişlər: “Bağışlamaq – yaxşı insanların intiqamıdır.” :)

Əfv edib, mərhəmətli olaq ki, Allah da bizə rəhm etsin..
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 405
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri