Allaha sakit səslə dua etsəm məni eşidər?

Müəllif: Pure Love
Şərhlər: 13
Baxılıb: 2 482
Səs ver:
(səs: 0)
Sakit səslə və ya pıçıltı ilə dua edə bilərsiniz. Uca Allah buyurur: "​Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!" (əl-Əraf, 55); "Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma". (əl-Əraf, 205).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: "Özünüzə yazığınız gəlsin! Axı, siz kar və uzaqda olan (bir tanrını) çağırmırsınız. Həqiqətən, O, Eşi­dən­dir, Yaxındır və O, (həmişə) sizinlədir". (əl-Buxari, 4205). Allaha dua etmək xeyirli əməl və ibadət sayılsa da, namazı əvəz etmir. Namaz qılmamaq isə ən böyük günahlardandır, ona görə də, dualarınızda Allahdan bağışlanma diləyərək tezliklə namaza başlayın.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri