Qəbir əzabı

Müəllif: NURANE
Şərhlər: 7
Baxılıb: 3 684
Səs ver:
(səs: 1)
Qəbir həyatı, ölümlə qiyamətin qopması arasında bir həyatdır.
Səhv insan üçün qəbir: " Səndən xoşum gəlmədi " deyər, daralar və cəhənnəm çuxuru halına gəlir. Bunu Hz. Peyğəmbər (ə.s) belə ifadə etmişdir: " Qəbir ya Cənnət bağçalarından bir bağça və ya Cəhənnəm çuxurlarından bir çuxurdur." (Tirmizi Zühd: 4)
Bir hədisində də belə buyurmuşdur:
- " Qəbir axirətin ilk dayanacağıdır. Əgər insan qəbir əzabından xilas olsa, gerisi asanlaşar. Mən, məzarda mənzərəsi daha qorxunc olan bir yer görmədim ."
İnsan qəbirə yaxşı hazırlanmalıdır. Çünki qəbirdə əzab vardır. " Əzabdan biri budur: Onlar səhər-axşam ərz olunacaqlar.
Fir'on camaatının əzabın çətininə soxun " deyiləcək, ayəsi buna dəlildir.
İbni Abbas deyir ki: Allah Rəsulu iki qəbirin yanından keçərkən belə dedi: " İkisi də əzab görür. Biri kiçik dəstəmaz pozarkən əsla təmizlənməzdi. Digəri isə söz gətirər aparar, insanların arasını pozardı ." (Buxari: 4/55)
Buna görə qəbir əzabı vardır.
İlk hesab qəbirdə olacaq. Bunu Peyğəmbər (ə.s) belə xəbər vermişdir.
- "Qəbirdə iki mələk gəlir. Rəbbin kimdir? deyərlər. Dinin nədir? deyərlər. Kafir isə bu suallara " Bilmirəm" cavabını verir. Onun cavab verməyə gücü çatmaz. "Dünyada Rəbbini bilən qəbirdə: " Rəbbim Allah " deyəcək. Dinim İslam, Rəsulum Məhəmməd (ə.s) deyəcək. Kitabım Quran deyəcək. Qəbir əzabından xilas olacaq. Mələklər onu cənnətə hazırlayacaqlar. Cənnət paltarı geyindirəcəklər. Qəbri genşlətəcəklər, Cənnət bağçasına çevirecekler. Qəbirdən Cənnətə pəncərə açacaqlar. O pəncərədən Cənnəti seyr edəcək və Cənnətdən gözəl qoxular gələcək.
Bir hədisdə belə buyurulur:
" Ölü qəbirdə yeri haradır isə oranı görər ."
(Ramuz əl-Ehadis: 112/4)
" Heç bir gün yoxdur ki, qəbir əhlinə Cənnət və Cəhənnəmdəki yeri göstərilməsin."
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 3 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri