Ey insan! Yaşayarkən,həm də Quran çağinda
Çırpınıb durursan cəhalət batağında.
Qəlbin qatı,Gözün kor..Başın kibir dağind
Quran sənə gəl deyir,bax məndədir adresin,
Ey əşrəfi-məhluqat...Daha Quran nə Desin!
Müstəqil seçmən üçün iki yoldan birini,
Açıq-aydın bildirir bütün ayələrini.
Ya Peyğəmbər,ya şeytan..seç deyir rəhbərini
Elə seç ki,siratdan külək kimi keçəsən
Yene de şeytan deyirsənsə...Daha Quran nə Desin!
Ya Cənnət baxçasıdır,ya atəşdir o məzar.
Məkan varmı dünyada belə dərin,belə dar?
Heçbir şey yaxın deyil,insana ölüm qədər
Deyir ki: hesabı var ,aldığın hər nəfəsin,
Məzarlar danışarkən...Daha Quran nə Desin!
Bir gün var ki, çox yaxın,dağların yeridiyi.
Göylərin,Günəşləri önündə sürüdüyü
Kainatı toz,duman,dəhşətin bürüdüyü;
Qiyamət senarisi,oyun deyil biləsən
Yenə də ürpərmirsənsə...Daha Quran nə Desin!