Cadu varmı? Varsa, ondan necə qorunmalı?

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 4 801
Səs ver:
(səs: 0)
Yeri-göyü və onların arasında olan hər şeyi yaradan Allahdır. Odur hər şeyi idarə edən. Onun izni olmadan bir yarpaq belə əsməz. Allahın bizlərə göndərdiyi nemətlər hamısı bizim üçün faydalı və lazımlı nemətlərdir və Allah Təala göndərdiyi nemətlərdən istifadə qaydasını da bizə öyrədir. Nemətdən səhv yolda istifadə etmək və nəticədə ziyan çəkmək - insanın işinin məhsuludur və məsuliyyəti öz üzərindədi. Misal üçün, Allah insanlara buğdanı göndərib ki, ondan çörək əldə edib, aclıq hisslərini ödəsinlər. Amma, biriləri buğdanı qıcqırdıb, ondan spirtli içki istehsal edirsə, demək olmaz ki, bunu Allah yetirib insanlara və yaxud demək olmaz ki, “əgər spirtli içki haramdısa, bəs niyə Allah spirtli içkiləri yaradıb?!”. Allah insana buğdanı yetirib, spirtli içkini yox. İnsan ondan səhv yolda istifadə edirsə, günahı öz boynunadır.
Gələk caduya. Bu barədə Qurani-Kərimin “Bəqərə” surəsinin 102-ci ayəsində buyurulub. “Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək, kafir oldular. (Mələklər): “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrənirdilər. Onlar bilirdilər ki, onu əldə edən kimsə üçün axirətdə heç bir pay yoxdur. Nəfslərinin əvəzində satın aldıqları şey necə də pisdir! Kaş (bunu) biləydilər!”.
Ayədən də görsəndiyi kimi, Allah insanlara Harut və Marut adlı iki mələk göndərmişdi ki, şeytanların oxuduğları sehri batil etmək üçün sözlər öyrətsinlər. Bəni-İsrail ümməti isə mələklərin öyrətdiklərini səhv yolda işlətməyə başladılar. Ayədən həmçinin məlum olur ki, Allahın izni olmasa, cadu heç kimə toxunmaz. Amma bu, bir ayrı bəhsdir və təfsiri mövzudur. Hədislərə istinadən əxa etdiyimiz odur ki, insan gərək cadunun müqabilində öz ehtiyatını saxlasın - necə isti və soyuqdan özümüzü paltarla qoruyuruq, cadudan da özümüzü Quran və dualar oxumaqla qorumalıyıq. Namaz qılan, oruc tutan, günahlardan uzaq olan, dualarını oxuyan insana cadu təsir edə bilməz. Yenə də insanın öz ehtiyatsızlığı ucbatından özünə cadu təsir edibsə, bunun müalicə yolları Quranda və Həzrət Peyğəmbərdən, Əhli-beytdən (ə) gələn hədislərdə göstərilib. Qurandan “Ayətül-kürsü”, “Fələq” və “Nas” surələrini göstərmək olar. Həmçinin “Dualar”, “Müsəlmanın qalası” və “1001 şəfa” kitablarında cadudan qorunmaq və təmizlənmək barədə dualar var.
İnsan gərək Allaha təvəkkül etsin və köməyi yalnız ondan istəsin. Biri öz ehtiyatsızlığı ucbatından caduya tutulubsa, ondan təmizlənməyi Allahdan diləməlidir. Məbada cadugərin yanına gedib, ona cadu edənə qarşı bu da cadu etməli və yaxud özünə edilən cadunun cadugər vasitəsilə təmizləməlidir. Çünkü belə halda şeytan əməli ilə məşğul olub, günah qazanır. Hər xəstəliyin şəfasını Allahdan istəmək gərəkdir və bu yolda səbir etmək də zəruridir. Çünkü, Odur hər şeyin sahibi.
Allah bizlərə nemətlərdən düzgün yolda istifadə etməyi nəsib etsin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 801
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri