Çox gözəl dini hekayə

Müəllif: heyatim_menim
Şərhlər: 7
Baxılıb: 1242
Səs ver:
(səs: 0)
Allahın sevimli qullarından biri bir yuxu görür; yuxusunda özünə belə deyilir:

-Səhər Olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!

Sabah oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi:
...
Rəbbim mənə bunu yeməmi əmr etdi.

Sonra belə dedi:

Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz.

Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yeddi, baldan şirin oldu. Allaha həmd etdi, getdi. Qarşısına altından bir ləyən çıxdı. Belə dedi:

Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq üzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə,

"Mən əmr ediləni etdim." Deyərək buraxıb getdi.

Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi:

-Ey Allahın sevimli qulu, məni saxla. Mənə kömək et.

Onu götürdü. Qoynuna saxladı. Arxasından şahin gəldi; belə dedi:

-Ey Allahın sevimli qulu, mən acam. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma.

Öz-özünə belə dedi:

"Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncüyü üzməmək əmr edildi. İndi nə edəcəyəm?

Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz uyluğundan bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu saldı. Bundan sonra, getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi:

-Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir.

Daha sonra, yuxusunda belə izah edildi:

-Birinci Görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər; səbirlə hirs udulsa, baldan şirin olar.
İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz ki, hər şeyi bilən Allah (c.c) 'dır ...

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1242
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
heyatim_menim
ALLAH sizlerden razi olsun
16 aprel 2017 16:51
7
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
-__MOONLIGHT__-
Çox gözəl mənalı hekayədi...Reallığla bağlı hekayədi.. Hər şein sonunu səbrlə gözləməliyik..onun dediyi bir söz var"Sonunu düşünen kahraman olamaz" səbrli olmağ lazımdı..əmanətə sahib çıxmağ..və daim yaxşılığlar etmək lazımdı...çünki edilən yaxşılığlar Allah dərgahında heç zaman itmir... bir gün artığlamasıyla sahibinə ödənilir..
15 aprel 2017 23:17
6
Yaşayırığ...sonunu bilmədən...
Online
❤Ə❤CANAN❤G❤
Cox gozel ve maraqli idi hevesle oxudum.
15 aprel 2017 14:49
5
canan qizim sirin seker qizim.
Offline
Turkan Abbasova
Cox gozel maraqli ibretli hekaye idi. Hec oxumamışdim. Twk bacim. Allah razi olsun
15 aprel 2017 12:10
4
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
aziz a
Cox cox.sagol canim bele ibratamiz hekaye.ucun..
15 aprel 2017 08:49
3
...
Offline
Aylin...
cox gozel hekayedi heqqiqeten de allaha inanmayan kafirdir
15 aprel 2017 08:43
2
hh
Online
YalniZ-ArZu
Ayy ne gozel hekayedir,coxdan oxumuwdum,indi de oxudum maraqla.Allah hec vaxt bizim ziyanimiza nese buyurmaz,ona inanmayan kafirdir.
Allah razi olsun Nuruwum senden,bele gozel hekaye paylawdigin ucun.wiyin
15 aprel 2017 08:35
1
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri