Şeytanın ən xoşlamadığı işlərdən biri

Müəllif: adsiz-a
Şərhlər: 8
Baxılıb: 2 409
Səs ver:
(səs: 2)
Ən çox qarışdığı xeyir işlərindən biri - infaqdır. Bu zaman şeytan vəsvəsəyə başlayar və size yoxsulluq ilə qorxudar.

Nəql edirlər ki, bir dəstə məsciddə əyləşmişdi. İnsanların başına gələn qəhətlikdən və qıtlıqdan söhbət edirdilər. Deyirlər: "Möminlərdən biri ki, anbarında çoxlu buğdası var idi, başqalarının təsiri altında düşmüşdür. Demişdir ki, mənim anbarımda çoxlu buğda kisələri vardır və onları yoxsullar arasında paylaşdıracağam. Dostları ona deyirlər ki, məgər şeytan sənə bu işi görməyə icazə verəcəkdirmi? O, da cavab vermişdir ki, şeytan qələt edir. Elə indi gedirəm və buğdaları yoxsullar arasında bölürəm.

Qadinla.com istinadən bildirir ki, yerindən qalxır və evinə tərəf gedir. O zaman ki, anbarın qapısını açmaq istəyir, həyat yoldaşı qarşısını kəsir. Soruşur ki, nə etmək istəyirsən? Əri deyir: "İstəyirəm ki, bu buğdadan bir qədərini yoxsullara verim və onları bədbəxtlikdən xilas edim". Xanımı deyir: "Ey kişi! Məgər dəli olmusan? Hamı bu çətin zamanda buğda toplamağa çalışır və evinə gətirib saxlayır. Sən anbarda olanı başqalarına dağıtmaq istəyirsən?".
Nəhayət, lənətlik şeytan öz işini görür. Mömin kişi məscidə qayıdır və dostlarının yanında əyləşir. Dostları ona deyirlər: "Nə oldu, buğdanı yoxsullara verə bildinmi?". Axı hədisdə deyilir: "Hər kim əlini cibinə atar ki, Allah yolunda bir şey versin, 70 şeytan onun əlindən tutar və ona mane olarlar".
Kişi deyir: "Mənim 70 şeytandan xəbərim yoxdur, ancaq şeytanın göndərdiyi bir qadın öz işini gördü və infaqa mane oldu"
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri