Hz. Məhəmmədin (S.A.A.V) hədisi-şərifləri

Müəllif: vusales
Şərhlər:
Baxılıb: 3803
Paylaş:
Səs ver:
(səs: 0)

Hz. Məhəmmədin (S.A.A.V) hədisi-şərifləri

Allah bir qövmü sevsə, onlara bəla göndərir, özlərini çətinliyə soxar. Allah insanlara acımayana mərhəmət etməz. Allahı görürmüş kimi ibadət et. Çünki sən onu görmürsən amma o səni görür. Allahdan utanmayan insanlardan da utanmaz. Allah-Təala şübhəsiz, surətlərinizə və mallarınıza baxmaz, lakin qəlblərinizə və əməllərinizə nəzər edər. Əməllərin qiyməti niyyətlərə bağlıdır. Hər kəsin niyyəti nə isə əlinə o keçər. Əsl zənginlik, mal-mülk çoxluğundan deyil. Gerçək zənginlik ancaq könül zənginliyidir. Mənə çəkdirilən əziyyət heç bir Peyğəmbərə çəkdirilmədi. Mən ancaq əxlaqın ən gözəllərini tamamlamaq üçün göndərildim. Bir-birinizdən nifrət etməyin, bir-birinizə düşmən olmayın, bir-birinizdən üz çevirməyin, bir-birinizə həsəd etməyin, kin güdməyin, ey Allahın qulları, qardaş olun. Bir qulun imanı könlü doğru olmadıqca doğru olmaz; könlü də dili doğru olmadıqca doğru olmaz. Bizə qılınc çəkən, bizə qarşı silah daşıyan bizdən deyil. Dünya ləzzətlərini yıxan ölümü çox xatırlayın. Çünki o, dolanışıq darlığı çəkənlərı ovudar, zənginlərin də ehtiraslarını səngidər. Əmanətə riayət etməyənin imanı yoxdur; əhdinə vəfa etməyənin dini yoxdur. Həsəd atəşin odunu yeməsi kimi yaxşılıqları yeyər. Sizdən heç biriniz öz nəfsi üçün sevdiyini, mömin qardaşı üçün də sevmədikcə həqiqi mömin ola bilməz. Elmi öyrənib başqalarına da öyrətməyən insan qızılları basdırıb onu sərf etməyən, ondan yedirib-içirməyən kimsəyə bənzəyər. Imanın ən üstünü, yüksəyi yaxşı əxlaq, səbir və comərdlikdir. Inananın anlayışından çəkinin, çünki o, Allah nuru ilə baxar, görər. İnsanlara qarışıb əziyyətlərinə dözən mömin, insanlara qarışmayıb əziyyətlərinə, çətinliklərə dözməyən mömindən üstündür. İnsanların ən xeyirlisi insanlara ən faydalı olanıdır. Qənaət tükənməz bir xəzinədir. Hirslilik anında heç kim iki adam arasında hakimlik etməməlidir. Asanlaşdırın, çətinləşdirməyin; sevdirin, nifrət etdirməyin. Qonşusu ac ikən, özü tox yatan bizdən deyil. Müsəlman digər müsəlmanların əlindən və dilindən salamat olduğu kimsədir. Müsəlmanlıq gözəl əxlaqdan ibarətdir. Təvazökar olanı Allah ucaldar, qürurlu olanı Allah alçaldar. Nə xoşbəxt o kimsəyə ki, başqasının ayıblarıyla məşğul olmaqdan özünü saxlayar. Ölümə ölüm gəlmədən hazırlaşın. Sözündə durmaq, əhdini yerinə yetirmək imandandır. Ya təlimçi ol, ya öyrənən ol, ya dinləyən ol. Əsla dördüncü olma. Zülmlə bir şey əldə edən bizdən deyil.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 3803
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv