Peyğəmbərimizin(s) sünnətləri

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 4 826
Səs ver:
(səs: 1)
1. Ayaqqabısını özü yamayardı.
2. Paltarına yamaq vurardı.
3. Qoyunu özü sağardı.
4. Qullarla birlikdə yemək yeyərdi.
5. Torpağın üstündə əyləşərdi.
6. Həyası mane olardı ki, ehtiyacı olan şeyləri bazardan alsın.
7. Minik kimi uzunqulaqdan istifadə edərdi.
8. Zənginlər və yoxsullara əl verərdi və əlini o zamana qədər çəkməzdi ki, qarşı tərəf çəkərdi.
9. İstər kiçik olsun, istərsə də böyük – hamıya salam verərdi.
10. Bir şey təqdim etsə idilər, onu aşağı bilməzdi – baxmayaraq ki, bir ədəd xurma olsa belə.
11. Kərim və xoş ünsiyyətli idi.
12. Qəhqəhə etməz, sadəcə təbəssüm edərdi.
13. Üzünü turşutmasa da, həmişə gözə qəmgin görünərdi.
14. Özündən zillət göstərmədən, davamlı olaraq təvazökar olardı.
15. İsraf etmədən səxavətli olardı.

16. Qəlbi çox nazik idi və mehriban idi.
17. Heç bir zaman bir şeyə tamah əlini uzatmazdı.
18. Evdən bayıra çıxmazdan əvvəl özünə aynada baxardı, saçlarını darayardı.
19. Başqalarının yanında ayağını uzatmazdı.
20. İki iş arasında ən çətinini seçərdi.
21. Ona edilən zülmə görə intiqam almazdı, məgər o halda ki, Allahın hərəminə təcavüz olunarsa.

22. Hacət istəyənin istəyini rədd etməzdi.
23. Heç bir zaman söykənən halda yemək yeməzdi.
24. Namazı asan və xütbəsi qısa olardı.
25. İnsanlar onu vurduğu ətirdən tanıyardılar.
26. Evində qonaq olan zaman yemək yeyən ilk kəs olardı və yeməkdən son əlini çəkən kəs olardı.
27. Yemək süfrəsində öz qabağında olanlardan yeyərdi.
28. Suyu üç nəfəsə içərdi.
29. Sağ əli ilə verərdi, alardı və yemək yeyərdi.
Ya Muhammed(s)
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri