İntim zamanı dinimizdə əməl etməli olduğunuz 7 qayda

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 49 441
Səs ver:
(səs: 7)
 


 

1) Bunu Allah rızası üçün etmək. Özünü və zövcəsini haram şeylərdən qorumaq üçün etmək, müsəlman ümmətini və onun statusunu artırmaq üçün etmək, çünki müsəlmanların sayının çox olması fəxr ve şərəfdir. Həmçinin buna görə savab da var. Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Cinsi əlaqələrdə hər biriniz üçün savab var (mənası odur ki, kim ki, zövcəsi ilə cinsi əlaqədədirsə, bunda ona savab var)". Səhabələr soruşdular: "Ya Peyğəmbər, biz öz istəyimizi boşaltdıqda, bizə savab yazılır?". Peyğəmbər (s.ə.s) cavab verdi: "Məgər sən bilmirsən ki, əgər o bunu haram yolla ədərsə, cəzalanar? Ona görə də, o bunu halal yolla edir ve buna görə savab qazanır" (Səhih Müslim).

2) Cinsi əlaqələr xoş sözlərlə, oynaşmaqla, oxşatmaqla və öpüşlərlə başlanılmalıdır. Peyğember (s.ə.s) zövcələrini oxşatmış, onlarla oynamış və onları öpmüşdür.

3) Hər iki tərəf öz bədənlərinə baxa bilər, bunda məhdudiyyət yoxdur. Hər iki tərəf öz bədənlərinin hansı hissəsindən istəyərsə, zövq ala bilər, Lakin qadının anus (arxa tərəf) yerindən başqa.

4) Kişi zövcəsi ilə cinsi əlaqəyə başlayarkən bunları deməlidir "Bismilləh, Allahummə cənnibnə əş-şeytan ve cənnib əş-şeytan me rezaqtene" (Allahın adı ilə, Allahım, bizi şeytandan uzaq ele. Şeytanı bizdən törənənlərdən uzaq elə”. Peyğəmbər (s.ə.s) demişdir: "Bu duanı oxuyan kimsəyə Allah uşaq verərsə, şeytan ona heç bir zərər yetirə bilməz”. (Səhih Buxari).

5) Kişi öz zövcəsi ilə cinsiyyət üzvündən olmaq şərtilə istədiyi şəkildə cinsi əlaqədə ola bilər.
(Ey möminlər!) Qadınlarınız sizin (övlad əkdiyiniz) tarlanızdır. İstədiyiniz vaxtda və istədiyiniz şəkildə öz tarlanıza gəlin!" (el-Beqere, 223). "Hansı şəkildə”-yəni üz üstə, arxası üstə, yan üstə və s. vəziyyətlərdə. Hansı vəziyyətdə olursa-olsun, əlaqə cinsiyyət üzvündən olmalıdır.

6) Ərin öz zövcəsi ilə anusdan (arxa dəlikdən) cinsi əlaqədə olması icazəli deyildir, bu haramdır. Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Zövcəsi ilə anusdan cinsi əlaqədə olanlara Allah lənət etmişdir" (El-Elbani tərəfindən səhih sayılmışdır, ədəb əl-Zifaf).

7) Egər kişi zövcəsi ilə cinsi əlaqədən sonra ikinci dəfə cinsi əlaqədə olmaq istəyərsə, onda o, dəstəmaz etməlidir, çünki Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Biriniz zövcəsi ile əlaqədə olub, sonra bir daha onu təkrarlamaq istədikdə, bu iki dəfə arasında dəstəmaz alsın, çünki bu onun üçün daha da oyadıcıdır" (Səhih Müslim). Bu müstəhəbdir, vacib deyildir. Eger onun qüsl etməyə imkanı varsa, onda bu daha yaxşıdır

 

(səs: 7)
Şərhlər: 2
Baxılıb: 49 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri