Qadın və kişilərdə Quran oxumanın fəzilətləri

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 4488
Paylaş:
Səs ver:
(səs: 0)

 

Quran İslam Peyğəmbərinin (s.ə.s) möcüzəsidir. Onun şərif ayələrini oxumaqla  etməklə müsəlmanlar səadət və həqiqətə çatır.Həzrət Peyğəmbər (s.ə.s) və  imamlardan nəql olunmuş bu rəvayətlərdən bəzilərinə nəzər yetirək. 


 

 Həzrət Əli (ə) buyurur: "Bir evdə Quran oxunarsa, Allah zikr edilərsə, bu evin bərəkəti artar, mələklər oraya get-gəl edər, şeytanlar oradan uzaqlaşar. Ulduzlar yer əhli üçün parladığı kimi, bu ev də göy əhli üçün parlayar.” Rəvayətdən göründüyü kimi, həzrət Əli (ə) müsəlmanları evdə Quran oxumağa ruhlandırır. Bu əməlin ev sahibi üçün bir çox faydaları vardır:

−İlahi kitabın oxunması evlərdə İslam maarifini, Quran hökmlərini canlandırır. İnsan evdə Quran oxuyarkən ailə üvləri də bu işə həvəslənir. Nəticədə Quran tilavəti cəmiyyətdə genişlənir, Quran qarilərinin sayı artır.

−Quran ayələri tilavət olunan evdə dini şüarlar önə çəkilir. Sübh və axşam ətrafa yayılan nurani Quran sədaları eşidənlərin könlündə iz qoyur. Quran oxumaqla qəlblərdə İslam və iman çiçəklənir.

−Quran tilavəti səbəbindən evlərdə nemət və bərəkət artır. Mələklər bu evə nazil olur, şeytanlar isə bu evdən uzaqlaşırlar. Hafizin təbirincə, "divlər də qaçır, evdə əgər Quran oxunsa.”

Həzrət Peyğəmbər (s) bir rəvayətdə buyurur: "Quran oxumağı unutma. Çünki ilahi kitabın tilavəti günahların kəffarəsi, oda sipər, əzabdan qurtuluşdur.Bəli, Quran tilavəti günahların kəffarəsidir!

Digər bir hədisdə Quran tilavəti "qəlblərin nuru” kimi tanıtdırılır. Allahın rəsulu (s) buyurur: "Qəlblər dəmir tək cingildəyir. Cilası isə Quran oxumaqdır.”

Həzrət Əli (ə) dəyərli "Müttəqin” xütbəsində Quran tilavətini dərdlərə dərman bildirir: "(Müttəqilər) Gecəni Quran oxumaqla başa vurar, Quran oxuyub qəmlənər, dərdlərinin dərmanını Quranda axtararlar.” 

 


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 4488
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv