Allah-Təala səni sevirmi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 3 036
Səs ver:
(səs: 2)
Günlər bir-birinin ardınca gəlib keçərkən həyatımızı planlamayıb, hər zaman bir "kaş ki"lərlə yaşayırıq. Hətta təsadüfi yaşamaq kimi qəfləti üzərimizdən çox vaxt ata bilmirik. Bu hal müəyyən bir nöqtədən sonra sel axınına düçar olmağımıza səbəb olur. Və yaxud küləyin qarşısındakı bir yarpaq kimi hara gedəcəyimizi bilmədən yaşaya bilirik.

Hər gün yeni bir başlanğıcdır. Hər doğan günəşlə yeni bir başlanğıc bəx edilir bizə. Bu gün biri digərinin eynisi deyildir. Günlərin hər zaman eyni olduğu duyğusunu daxili dünyamızda meydana gətirən bizik. Həyatımızın axışını adilikdən qurtarmaq üçün yeni başlanğıcları, bir sıra hadisələri yaşamadan bunları etməyi bacarmalıyıq:

- sağlamlığımızın qiymətini ancaq bir xəstə gördüyümüz zaman;

- həyatımızın qiymətini ancaq bir ölüm hadısəsinə şahid olduğumuz zaman;

- dostlarımızın qiymətini ancaq düşmənlərimizlə qarşı-qarşıya qaldığımız zaman;

- gəncliyimizin qiymətini sadəcə yaşlı bir insanın acizliyini gördüyümüz zaman xatırlamaq kimi bir qəflətə özümüzü vermədən, təsir altında qalmadan yeni başlanğıclara imza atmağı bacarmalıyıq. Həyatı daha sadə, daha mötədil yaşamaq üçün yalnız gözlənilməz bir hadisə ilə qarşılaşmağımız lazım deyildir.

Allah-Təala səni sevirmi?

- Sənə hidayət veribsə, bil ki, Allah (c.c) səni sevir.

- Ruzini az veribsə, bil ki, Allah (c.c) səni sevir. Deməli, axirətdə daha çox verəcək.

- Razı ola bilirsənsə, bil ki, Allah (c.c) səni sevir. Deməli, ən gözəl nemətlə rizqlənmisən.

- Səbir veribsə, bil ki, Allah (c.c) səni sevir. Deməli, qazananlardan olmusan.

- İxlas veribsə, bil ki, Allah (c.c) səni sevir. Ona qarşı ixlaslı ol!

- Kədər və üzüntü veribsə, bil ki, Allah (c.c) səni sevir. Deməli, sənin imanını sınayır.

- Mal-mülk veribsə, bil ki, Allah (c.c) səni sevir. Deməli, səndən həmd və şükür gözləyir.

- Kasıblıq veribsə, bil ki, Allah (c.c) səni sevir. Deməli, sənə maldan çox daha dəyərli olanı vermişdir.

- Qurani-Kərimi oxumaq, namazı və orucu əda etmək kimi ibadət şüuru veribsə, bil ki, Allah (c.c) səni sevir. Bu şüurunu əsla itirmə...

- Və nəhayət, Allah (c.c) qullarını sevir və onları əsla unutmaz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 036
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri