Namaza başlayarkən niyyət edəndə səhvən namazın adını düz deməyibsə, qıldığı namaz batildirmi?

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 4 650
Səs ver:
(səs: 1)
Namazın düzgün olmasının əsas şərtlərindən biri niyyətdir. İnsan namaza başladığı andan onu bitirdiyi ana qədər niyyətini qoruyub-saxlamalı və dəyişdirməməlidir. Niyyət dəyişərsə namaz da öz mahiyyətini itirər. Çoxlarının inandığının əksinə olaraq, namazın niyyəti namaza başlayarkən dil ilə söylənilən sözlərdən ibarət deyil. Niyyəti dilə gətirmək vacib də deyil. Əsas odur ki, insanın qəlbində həmin niyyət olsun və dəyişməsin. Əsas olan da niyyətin sözlə ifadəsi deyil, niyyətin mahiyyətidir. Əgər insan namaza başlayanda qəlbində niyyətini düzgün etsə, məsələn, məğrib namazını qılarkən həmin günün məğrib namazını qıldığını qəlbindən keçirsə və namazın sonuna kimi bu niyyətdə qalsa kifayətdir. Hətta bu halda niyyəti dil ilə deyərkən səhv etsə də, eybi yoxdur. Məsələn, məğrib namazı qıldığını niyyət etsə, amma dildə işa namazı qıldığını söyləsə, bununla belə, 3 rükətlik məğrib namazı qılsa, namazı düzgündür və məğrib namazını düzgün qılmış sayılır
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 650
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri