Salavat göndərməyin sonsuz fəzilətləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 051
Səs ver:
(səs: 1)
Salavat göndərməyin xüsusi zaman və məkanı yoxdur. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Rəsullahın adı çəkilər, o Həzrətə çoxlu salavat göndərin. O kəs ki, Həzrətə bircə salavat göndərərsə, ALLAH Təala ona min salavat hədiyyə edər”.

Başqa bir hədisdə oxuyuruq ki, Peyğəmbər (s) buyurur: “Hər kim mənə salavat göndərməyi tərk edər - behişt yolunu itirər, səhv yola gedər”.

Hərət Peyğəmbər (s) buyurur: “O zaman ki, azan oxuyanın azan oxuduğunu eşitsəniz, onunla bir yerdə oxuyun. Dediklərini siz də təkrar edin. Azanın sonunda mənə salavat göndərin”.

İmam Sadiq (ə) buyurur: “Dua, daima hicabdadır (yəni, qəbul olmaqdan məhrumdur), o zamana qədər ki, dua edən Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərər”. Başqa bir hədisdə Həzrət (ə) buyurur: “O kəsin ki, ALLAH Təaladan istəyi vardır, istəyini Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərməklə başlasın. Sonda da istəyini Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərməklə sona çatdırsın. Çünki ALLAH Təala ondan kərimdir ki, duanın hər iki tərəfini qəbul etsin və ortasında olana diqqət etməsin”.

Həzrət (ə) başqa yerdə buyurur: “Şübhəsiz ki, Peyğəmbərə (s) salavat göndərmək ALLAH dərgahında qəbul olan duadır. Qeyri-mümkündür ki, ALLAH istəyinin bir hissəini qəbul etsin və bir hissəsini isə rədd etsin”.

İmam Həsənin (ə) buyuruduğuna görə salavat insan qəlbini və fikrini nurani edər, səbəb olar ki, insan unutduğunu xatırlasın.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim sözünü mənə və Əliyə (ə) salavatla sona vurarsa, behiştə daxil olar”.

İbni Əmmar yazır: “İmam Baqirin (ə) xidmətində peyğəmbərlərdən birinin adını çəkdim və ona salavat göndərdim. İmam (ə) mənə buyurdu: O zaman ki, peyğəmbərlərdən birinin adı çəkilər, ilk əvvəl Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər, sonra isə adını çəkdiyin peyğəmbərə”.

Həzrət Peyğəmbər (s) buyurur: “Məclislərinizi mənə salavat göndərməklə zinətləndirin. Çünki Qiyamət günü mənə göndərdiyiniz salavat sizin üçün nur olacaqdır”.

İmam Sadiq (ə) buyurur: “Hər həftənin cümə axşamı gününün əsri ALLAH Təala yer üzünə mələk göndərər ki, yanında gümüş cinsindən olan dəftər olar. Orada Peyğəmbərə (s) göndərilən salavatlar qeyd edilər. Bu iş hava qaralana qədər davam edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Cümə günü mənə çoxlu salavat göndərin. Mənə ən yaxın yerdə o kəs olacaqdır ki, ən çox salavat göndərmişdir”.

Həzrət (s) yenə də buyurur: “Cümə günü sizin ən yaxşı gününüzdür. Həmin günü çoxlu salavat göndərin ki, sizin salavatınız mənə təqdim olunu
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 051
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri