Quranın gealoji MÖCÜZƏLƏRİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 056
Səs ver:
(səs: 1)
Quran nazil edildiyi gündən etibarən hər dövrdə yaşayan insanların anlayacağı asan və anlaşıqlı dildədir. Allah Quranın bu üslubunu “And olsun ki, Biz Quranı ibrət almaq üçün belə asanlaşdırdıq…” (Qəmər surəsi, 22) ayəsi ilə xəbər verir. Quranın ədəbi dilinin mükəmməlliyi, içindəki hikmətli, möcüzəvi məlumatlar onun Allahın sözü olduğunu qəti sübut edir. Bu möcüzəvi məlumatlardan bəziləri də Rəbbimizin geologiya elmi sahəsində bildirdiyi möcüzələrdir.

Quranın nazil edildiyi 7-ci əsrdə ərəblər elmi mövzular haqqında saysız-hesabsız xurafat və batil inanclara inanırdılar. Məsələn, göy üzünün dağlar sayəsində yuxarıda dayandığını düşünürdülər. Bu inanca görə Yer düz müstəvi idi və hər iki tərəfindəki hündür dağlar dirək kimi göy qübbəsini yuxarıda saxlayırdılar.

Ancaq ərəblərin bütün batil inancları Quranla aradan qaldırıldı. Məsələn, “Gördüyünüz göyləri dirəksiz yüksəldən… Allahdır” (Rəd surəsi, 2) ayəsi göy haqqında batil inancı əsassız etdi. Bunun kimi bir çox mövzuda o dövrdə heç bir insanın bilmədiyi mühüm məlumatlar Quranda verildi. İnsanların göy üzü haqqında çox az şey bildikləri dövrdə nazil edilən Quranda kainatın yaradılışından insanın ana bətnində formalaşmasına, atmosferin quruluşundan yer üzündəki müvazinətlərə qədər bir çox mövzuda mühüm məlumatlar var.

İndi Qurandakı geoloji möcüzələrdən bir neçəsinə birlikdə baxaq.

Yeddi təbəqədən ibarət yer üzü

Allah Quranda yer üzünü yeddi təbəqəli göy üzünə bənzədir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır… (Talaq surəsi, 12)

Quranda əsrlər əvvəl yerin və göyün yeddi təbəqədən ibarət olduğu bildirilib. Əsrlər sonra aparılan uzun geoloji tədqiqatlar da eyni nəticəni ortaya qoyub. Elm adamları yerin təbəqələrini belə sadalayırlar: hidrosfer, litosfer, astenosfer, üst mantiya, alt mantiya, xarici nüvə və daxili nüvə.

Hidrosfer okean və dənizlərin ən üst hissəsi ilə suyun altında olan quru ərazilərin sahilləridir.

Litosfer Yerin ən üst təbəqəsini təşkil edən bərk qaya təbəqəsidir. Digər təbəqələrlə müqayisədə çox nazik, soyuq və bərkdir. Bu baxımdan, yer üzündə qabıq funksiyası daşıyır.

Astenosfer litosferin altında yerləşən təbəqədir. Bu təbəqə yüksən temperatur və təzyiqə məruz qaldıqda yumşalıb əriyən, isti, yarı-bərk maddələrdən təşkil olunub. Bərk litosfer təbəqəsinin yavaş hərəkət edən astenosferin üstündə üzdüyü və ya hərəkət etdiyi düşünülür.

Astenosferin altında yüksək temperaturda, yarıbərk süxurlardan ibarət təqribən 2900 km qalınlığında mantiya təbəqəsi yerləşir. Qabıqdan çox dəmir, maqnezium və kalsiumdan ibarət mantiya daha isti və sıxdır. Çünki Yerin içindəki temperatur və təzyiq dərinlik artdıqca artır.

Yerin mərkəzində mantiyadan iki dəfə sıx olan nüvə yerləşir. Bu sıxlığın səbəbi tərkibində süxurlardan çox metallar (ərimiş dəmir-nikel qarışığı) olmasıdır. Yerin nüvəsi iki hissədən ibarətdir: 2200 km qalınlığındakı maye şəklində xarici nüvə və 1250 km qalınlığındakı bərk daxili nüvə. Yer fırlandıqca maye nüvə yerin maqnit sahəsini əmələ gətirir.

XX əsrdəki texnologiya ilə aşkar edilən bu elmi faktların Quranda bildirilməsi Quranın çoxlu sayda möcüzəsindən bir neçəsidir.

Quran hər şeyi yoxdan yaradan və elmi ilə bütün varlıqları ehtiva edən uca Allahın sözüdür. Qurandakı hər məlumat bu ilahi kitabın bilinməyən gizli möcüzələrini üzə çıxarır. İnsan isə Allahın nazil etdiyi bu kitabdan möhkəm yapışmalı və onu özünə yol göstərici rəhbər etməlidir. Quranda Rəbbimiz: “Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!” (Ənam surəsi, 155) – buyurur.

Üzən qitələr

Yer qabığı mantiya təbəqəsinin üstündə sanki üzərək hərəkət edir. İlk dəfə XX əsrin əvvəllərində Alfred Vegener (Alfred Wegener) adlı alman elm adamı yer üzündəki qitələrin Yerin ilk dövrlərində bitişik olduğunu, ancaq sonra fərqli istiqamətlərə doğru hərəkət edərək bir-birlərindən ayrılıb uzaqlaşdığını kəşf edib. Yer üzündəki quru hissələri təqribən 500 milyon il əvvəl bir-birinə bitişik idi və Pangeya adlanan bu böyük quru hissəsi cənub qütbündə yerləşirdi. Təqribən 180 milyon il əvvəl Pangeya iki yerə bölünüb. Müxtəlif istiqamətlərdə hərəkət edən bu iki nəhəng qitənin birindən Afrika, Avstraliya, Antarktida və Hindistan, ikincisindən isə Avropa, Şimali Amerika və Asiyanın Hindistandan başqa hissələri əmələ gəlib.

Tədqiqatlarda qitələrin ildə 1-5 sm hərəkət etdiyi hesablanıb. Təbəqələr bu şəkildə hərəkət etdikcə Yerin coğrafiyasında dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az böyüyür (Carolyn Sheets, Robert Gardner, Samuel F. Howe, General Science, Allyn and Bacon Inc. Newton, Massachusetts, 1985, səh. 305)

Allah dağların hərəkətini ayədə “sürüklənmə” sözü ilə ifadə edir. Elm adamları da bu hərəkəti ingiliscə “continental drift”, yəni “qitələrin dreyfi” termini ilə ifadə edirlər.

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər… (Nəml surəsi, 88)

Yarılan yer üzü

And olsun qayıdan göyə! And olsun yarılan yerə! (Tariq surəsi, 11-12)

Yuxarıdakı ayədə işlədilən ərəbcə “sad`a” sözü azərbaycan dilində “çatlamaq, yarılmaq, ayrılmaq” mənalarını verir. Allahın yerin yarılmasına and içməsi başqa bir Quran möcüzəsidir.

1945-46-cı illərdə elm adamları mineral mənbələrini araşdırmaq üçün ilk dəfə dəniz və okeanların dibinə eniblər. Tədqiqatlarda diqqət çəkən ən əsas cəhətlərdən biri Yerin çatlaq quruluşu oldu. Yer xarici səthindəki qayalıq təbəqə şimal-cənub və şərq-qərb istiqamətində on minlərlə kilometr uzunluğunda çoxlu sayda çatlarla yarılmışdı.

Yer üzünün çatlaq quruluşu sayəsində müəyyən miqdarda temperatur xaric edilir və ərimiş süxurların böyük hissəsi okeanlardakı təpələri əmələ gətirir. Əgər yer qabığından yüksək miqdarda temperaturun xaric edilməsinə imkan verən çatlaq quruluşu olmasaydı, Yer kürəsində həyat olmazdı. Çünki yer qabığının altından çıxmağa yer tapmayan temperatur böyük ölçüdə mənfi nüvə təsiri meydana gətirərdi.

Yer üzünün yükünü boşaltması

Yer titrəyib lərzəyə gəldiyi zaman; yer öz yükünü bayıra atdığı və insan: “Ona nə olub?”– dediyi zaman – həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır. (Zəlzələ surəsi, 1-4)

Ərəb dilində “zilzal” sözü zəlzələ, təkan, “əskələha” sözü isə “ağır yük” mənasını verir. Yuxarıdakı ayələrin ilkin mənasını düşündükdə zəlzələ ilə bağlı mühüm elmi həqiqətə diqqət çəkildiyini görürük.

“Zəlzələ” surəsinin 2-ci ayəsində zəlzələ ilə bağlı yerin yükünü bayıra atmasından bəhs edilir. Son əsrlərdə aparılan tədqiqatlar nəticəsində yerin mərkəzində ağır metalların olduğu və yer üzündəki təkanlarla bu metalların üzə çıxdığı məlum olub. Geoloqların fikrincə, yer soyuduqca sıxlığı çox olan ağır maddələr yerin mərkəzinə çöküb, yüngül maddələr isə yuxarı səthə qalxıb. Odur ki, yer qabığı ən yüngül maddələrdən (bazalt və qranit süxurlardan) ibarətdir, nüvədə isə ağır metallar (nikel və dəmir) var. Nəticədə, ərimiş metallardan ibarət yerin daxili təbəqəsi yerin üst təbəqəsindən daha ağır, sıx maddələrdən təşkil olunub.

Zəlzələ olduqda isə yerin altındakı ağır maddələr üzə çıxır, beləcə, ayələrdə bildirildiyi kimi, yer üzü ağır yükünü bayıra atır. Bundan əlavə, metal yataqları ən çox zəlzələ və vulkanların daha çox baş verdiyi bölgələrdə yerləşir. Hərtərəfli tədqiqatlar nəticəsində yaxın keçmişdə üzə çıxan bu elmi faktlar Allahın Quranda işarə etdiyi elmi həqiqətlərdən biridir.

Quran Allahın sözüdür

Bütün bu məlumatlar bizə açıq-aydın həqiqəti göstərir: Quran elə bir kitabdır ki, içindəki xəbərlərin hamısı doğru çıxıb və çıxır. Elmi mövzularda, keçmiş və gələcək haqqında verilən xəbərlərdə və ya riyazi şifrlərdə həmin dövrdə heç bir insanın bilmədiyi həqiqətlər ayələrdə xəbər verilib. Bu məlumatların o dövrün bilik səviyyəsi və texnologiyası ilə bilinməsi qeyri-mümkündür. Əlbəttə, bu, Quranın insan sözü olmadığını sübut edir. Allah Quranda bu həqiqəti bizə belə bildirir:

Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82)
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri