Allahla aramızda olan pərdələri necə qaldıraq?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 317
Səs ver:
(səs: 1)
"Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. ("Maidə” 35).
Allaha yaxınlaşmaq nə deməkdir?
Yəni, Allahla sənin aranda heç bir pərdə olmaz. Yəni elə bir iş görərsən ki, Allahla sənin aranda olan pərdələri aradan qaldırsın. Gördyümüz hər bir işi Allaha yaxınlaşmaq niyyəti ilə görməliyik. Əks halda - bu ibadət batil olaar. Allaha yaxınlaşmaq məkan mənasında deyildir. Çünki Allahın məkan və yeri yoxdur. Zaman və məkan elə məfhumlardır ki, Allah xəlq etmişdir. Allahla insan arasında pərdələr vardır, bəlkə də 70 min dənə. İnsan hər bir yaxşı iş görən zaman əgər niyyəti Allaha yaxınlaşmaq olarsa, bu pərdələrdən birini qaldırmış olar. Belə bir insan Allaha bir mərtəbə yaxın olar. Bu zaman batinində olan zülmət azalar və özünü daha yüngül hiss edər. Nəhayət insan bütün pərdələri qaldırır və onunla Allah arasında heç bir pərdə qalmır.
Bəs bu qürbə necə çatmaq olar?
"Nəhcul-bəlağə”nin 110-cu xütbəsində İmam Əli (ə) Allaha yaxınlaşmağın amillərinə işarə etmiş və buyurmuşdur: "Allaha və Peyğəmbərə (s) iman bəsləmək, cihad, namaz, zəkat, oruc, həcc və ümrə, sileyi-rəhm, gizli və aşkar sədəqə, yaxşı iş, Allahı yada salmaq, Peyğəmbərin (s) yolunu və adətini davam etdirmək, Qurana əməl etmək”.
Allaha iman bəsləmək.
Həyatın məqsədini dərk etməyə çalışmaq lazımdır? Əgər bu həyatda yaşamağın məqsədi ancaq hərəkət və təbii hisslərin ödənməsidirsə, belə bir əqidəyə iman lazım deyildir. Bu insanlar deyərlər ki, insan imansız da yaşaya bilər. İnsanı heyvandan da alçaq bir səviyyəyə salarlar. Bu cür insanlara imanı təklif etmək - ruhi bir xəstəyə dərindən düşünməyi təklif etməyə bənzər. Çünki bu iş onun üçün əziyyətvericidir və onu puçluğa sürükləyə bilər. Əgər həyatda yaşamağın məqsədi insanın bütün istedadlarını əhatə edirsə, məlumdur ki, iman olmadan belə bir həyatdan bəhrələnmək olmaz. Bu insan düşünür, dərk edir və məntiqli nəticələr çıxarda bilir. İnsan başa düşür ki, bu dünyaya müəyyən məqsəd üçün gəlmişdir və onun bir Xaliqi vardır.
Allah yolunda mücahidlik etmək.
Həzrət Peyğəmbər (s) buyurur: "Behiştdə bir qapı vardır ki, adı mücahidlər qapısıdır. Bu qapı açılan zaman mücahidlər özlərinə qılınc bağlayarlar və məhşərin insanları, Allahın mələkləri onları qarşılamağa tələsərlər. Hər kim cihadı tərk edər, Allah xarlıq və zillət libasını ona geyindirər. Onu həyatı boyunca yoxsul və ehtiyaclı edər. Dinini alar (dinsiz dünyadan gedər), çünki Allah Təala mənim ümmətimi (mücahidlərə xatir) və nizələrinin yerinə xatir əziz və başıuca tutmuşdur”.
Namaz.
İmam Kazım (ə) buyurur: "Bəndənin Allahı tanıyandan sonra İlahi dərgaha yaxınlaşmağının ən yaxşı vasitəsi - namazdır”.
Zəkat.
İmam Sadiq (ə) buyurur: "İslamın bünövrə daşları üç şeydir: namaz, zəkat, vilayət və heç biri digəri olmadan düzəlməz”.
Oruc.
Həzrət Peyğəmbər (s) buyurur: "Oruc tutmaq dünya bəlaları qarşısındakı qalxan və axirət əzabları qarşısındakı hicabdır”.
Həcc.
Həcc də başqa ibadətlər kimi insanı Allaha yaxınlaşdırar və insan Allah evini ziyarət edərək xüsusi ruhi rahatlıq əldə edər. Çünki Həqiqi Xaliqin müqəddəs evində olduğunu dərk edər.
Pərdələri qaldırmağa çalışaq və Allaha yaxınlaşaq. Axı biz Peyğəmbər (s) ümməti olaraq, bunu bacara bilərik.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri