Quran – aydın nəsihət və ibrətdir

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 1018
Səs ver:
(səs: 1)
Hədislərdə oxuyuruq: "Hər kim Quran tilavət edər və ona əməl etməz - Quran onu lənətləyər".
Bu hədisin mənası o deyildir ki, Quranı əməl etmədən oxumaq günahdır. Bu hədisin məqsədi odur ki, Quranı onun mənasına diqqət etmədən də oxumaq olar. Onun da savabı və mükafatı vardır. Ancaq əgər səadət yolunu tapmaq və bu yolda irəliləmək istəyiriksə, gərək oxuduğumuz Quran ayələrinin mənalarına diqqət edək və onun haqqında təfəkkür edək. Əgər dərk etsək, o zaman ona əməl edəcəyik.
Qurani-Kərim sonsuz bir okeandır ki, İlahi maarifdən və dindən təşkil edilmişdir. Əgər ona diqqət edilsə, o zaman əməl də edilər. Hər bir müsəlman qadın və kişi gərək Quranı oxusun və onun haqqında düşünsün. Özünü Qurana yaxınlaşdırsın və aralarında sıx rabitə olsun. Əməl etməmək bəhanəsi ilə özünüzü Qurandan məhrum etməyin. Quran - insan tərbiyə edən bir kitabdır. Allahın kəlamları insanı təkamülə aparar və ona əməl etmək - dünya və axirətdə qalib olmaq deməkdir.
Qurani-Kərim özü haqqında buyurur: "Belə isə məgər onlar bu Qur'an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?". ("Muhəmməd (s)" 24).
"(Bu Qur'an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsil) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır". ("Sad" 29).
Əmirəl-möminin (ə) buyurur: "Bilin ki, Qurani-Kərim əgər təfəkkür edilərək oxunmazsa, xeyir yoxdur, bilin ki, o ibadət ki, düşünərək olmazsa, xeyir yoxdur".
Həzrət Əli (ə) başqa yerdə buyurur: "Quran ayələrində təfəkkür edib və ondan ibrət öyrənin. Çünki Quran - aydın nəsihət və ibrətdir".
Həzrət Peyğəmbər (s) Quran oxumaq haqqında buyurur: "Qurana üz çevirin. Çünki Quran - faydalı şəfa verən və nicat verən dərmandır. Hər kim Qurana söykənərsə, amanda qalar və hər kim onun ardıcılı olarsa, nicat tapar. Heç bir zaman haqq yolundan azmaz və heç bir zaman yolundan azdırmaz. Quranın möcüzələri sonsuzdur və onunla çoxlu söhbət etməklə xarab olmaz".
Həzrət Peyğəmbər (s) buyurur: "Quran - Qiyamət günü Sübhan Allahın ilk qonağıdır".
Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: "Quran - nicat verən kitab və səadətli həyatı təmin edəndir".
Həzrət Əli (ə) buyurur: "Quran - mərifətin sonsuz dənizidir".
İmam Əli (ə) buyurur: "Quran - ürəklərin xürrəmlik və bahar mənbəyidir".
Beləliklə deyə bilərik ki, hər bir müsəlman ilk dərəcədə Quranı oxumağa və onunla yaxın olmağa cəhd etməlidir. Oxuyan zaman məqsədi bu olmalıdır ki, bu insan tərbiyə edən məktəbdən dərslər alsın. Eyni zamanda bu ayələr haqqında düşünsün və ona əməl etsin.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1018
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
deniz yildizi:)
Sitat: AYCA
cox sagol canim Allah herbirimizin gunahlarini bagislasin

amin inwALLAH
8 sentyabr 2017 21:43
2
Offline
AYCA
cox sagol canim Allah herbirimizin gunahlarini bagislasin
8 sentyabr 2017 11:37
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri