Açılmaz qapıların açarı,yalnız DUA'dadır....

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1077
Səs ver:
(səs: 0)
Dinimiz insanın dua etməsini təqdir edir və duanı İlahi rəhmətə doğru aparan bir mübarək vasitə kimi tanıdır. İmam Əli (ə) buyurub: «Dua – rəhmət qapısının açarı və qaranlıqda (işıq saçan)çıraqdır».
İmam Rzadan (ə) nəql edirlər ki, buyurub: «Peyğəmbərlərin silahından yapışın!». Soruşdular: «Peyğəmbərlərin silahı nədir?» Buyurdu: «Dua».
Yaxud, İmam Əlidən (ə) belə nəql edirlər: «Kim pak və müqəddəs olan Allahın (rəhmət) qapısını döysə, o qapı onun üzünə açılar».

Mübarək dinimiz duanı, bəladan qoruyan bir vasitə kimi təqdim edir. İmam Səccad (ə) buyurub: «Dua insanı nazil olan və nazil olacaq bəladan qoruyar».
Allahın Peyğəmbəri (s) buyurub: «Bəla qapılarını dua ilə bağlayın».

Duanın qəbul olunmasını asanlaşdıran bir çox yollar var. Allahın Peyğəmbəri (s) buyurub: “«Bismilləhir-Rahmənir-Rahim»lə başlayan dua geri qaytarılmaz»”.

İmam Əli (ə) buyurub: «Hər bir çətinlik və müşkül zamanı “Lə həvlə və lə qüvvətə illə billəhil-aliyyil-azim”(«Uca və böyük Allahdan başqa heç bir güc və qüdrət yoxdur») de. (Belə deyəndə) həmin çətinlik aradan qalxar».

İmam Rzadan (ə) nəql edirlər: «Atamı yuxuda gördüm və o, buyurdu: «Oğul! Çətinlik içərisində olan zaman «ya Rauf, ya Rəhim» ibarəsini çox de. Yuxuda gördüyün aşkarda gördüyün kimidir (yəni bu dediklərimi yuxu sanma, aşkar kimi qəbul et)».

Dua etməkdə kiçik deyilən bir şey yoxdur. İnsan hər bir məsələsi ilə bağlı Uca Allahdan istəyə bilər və istəməsi bəyənilir. Böyük İslam Peyğəmbəri (s) buyurmuşdur: «Allahdan istəyin və çox istəyin. Çünki Onun üçün heç nə çox və böyük deyil».

İmam Muhəmməd Baqir (ə) buyurur: «Öz kiçik hacətlərinizi xırda və az əhəmiyyətli hesab etməyin. Çünki Allahın ən çox sevdiyi möminlər – daha çox dua edən kəslərdir».

Dua etmək – tofiqatladır. Və tofiqatı inayət edən Allah, onu, inşəallah, qəbul da edər. İmam Həsən (ə) buyurmuşdur:«Allah Təala kimin üzünə dua və istək qapısını açıbsa, qəbul qapısı da onun üzünə açılmışdır».

İmam Cəfər Sadiqdən (ə) belə nəql edirlər: «Dua et və demə ki, iş işdən keçibdir. Həqiqətən, Allah dərgahında elə bir məqam və dərəcə var ki, ona duadan başqa heç bir vasitə ilə çatmaq olma».

Duanın qəbulluğunu əngəlləyən amilləri də tanıyaq. Rəsuli-Əkrəm (s) buyurub: «Qazancını halal et ki, duan qəbul olunsun. Çünki insan bir (haram) tikə ağzına qoyarsa, qırx gün ibadəti qəbul olunmaz».

Həzrət İmam Sadiq (ə) buyurub: «Sizlərdən hər kim dualarının qəbul olunmasını istəyirsə, öz qazancını təmiz etsin və insanların haqqını ödəsin. Qarnında haram mal və boynunda bir kəsin haqqı olan insanın duası Allah dərgahına qalxmır».

İmam Sadiq (ə) buyurub: «Dörd nəfərin duası qəbul olunmaz: Evində oturub «ey Allahım, mənə ruzi yetir!» deyən kişinin. Allah Təala ona buyurar: «Məgər sənə qalxıb ruzi dalınca getməyi əmr etməmişəmmi?!». Öz arvadına lənət edən kişinin. Allah Təala ona buyurar: «Məgər onun işini sənə tapşırmamışammı?». Var-dövlətini hədərə verən kişinin. O, deyər: «Ey Allahım! Mənə ruzi ver». Allah buyurar: «Məgər sənə qənaətcil olmağı əmr etmədimmi?!». Öz malını sənəd və şahid olmadan başqasına borc verən şəxsin. Allah Təala ona deyər: «Məgər sənə göstəriş vermədimmi ki, (borc verən zaman) sənəd və şahid tutasan?!».

Duanın qəbul olunmasının qəlbin hazırlığı ilə birbaşa əlaqəsi var. Allahın Peyğəmbəri (s) buyurmuşdur: «Qəlbin kövrəldiyi vaxtı dua etməyi qənimət bil. Çünki qəlbin kövrəlməsi (riqqəti) – rəhmətdir».

İmam Cəfər Sadiqdən (ə) belə buyuruş var: «Allah Təala daş qəlbdən gələn duanı qəbul etməz».
Xanım Fatimeyi-Zəhra (ə) buyurmuşdur: «Kim özünün saf və pak ibadətini Allah dərgahına qaldırsa, Allah Təala o bəndənin xeyrinə olan ən yaxşı işi ona nazil edər».

Mütəal Allah insanın xeyrini nəzərdə tutaraq, bəzən onun duasını qəbul etmir. İmam Əlidən (ə) belə nəql edirlər: «Pak və müqəddəs Allahın kərəmi Onun hikmətinə zidd deyil. Buna görə hər dua qəbul olunmur».

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1077
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Barbaris
Sitat: arzum-aysum
Allah ona açılan əlləri heç vaxt boş geri qaytarmir. Dua etməkdən yorulmayaq ve daim Allahın mərhəmətine sığınaq


Amin
11 sentyabr 2017 18:29
7
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
arzum-aysum
Allah ona açılan əlləri heç vaxt boş geri qaytarmir. Dua etməkdən yorulmayaq ve daim Allahın mərhəmətine sığınaq
10 sentyabr 2017 23:00
6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
❤Ə❤CANAN❤G❤
Allahin acmadigi qapi yoxdur..
10 sentyabr 2017 21:37
5
canan qizim sirin seker qizim.
Offline
Totu
Dua hər dərdin dərmanıdı Çox şükür Allahım bu günümzə Allahım Bütün dualarımızı qəbul et Amin.
10 sentyabr 2017 19:50
4
Gençlik bir kuşdur uçar gider tutamazsın,İhtiyarlık bir cekettir Giyer çıkaramazsın!
Offline
Balacam
Sitat: BARBI
daim duaya siginiram. dua insani aydinladir
10 sentyabr 2017 16:41
3
Offline
BARBI
daim duaya siginiram. dua insani aydinladir
10 sentyabr 2017 16:32
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
deniz yildizi:)
ALLAH razi olsun baci oqeder ehdiyacim varki dualara
10 sentyabr 2017 15:35
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri