Peyğəmbər və uşaqlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 5 793
Səs ver:
(səs: 2)

Peyğəmbər və uşaqlar


1430 il əvvəl. Aləmlərə rəhmət olaraq göndərilən sevimli Peyğəmbərimiz (s.ə.s) hicrət səfərini bitirib hələ o vaxtlar Yəsrib (sonradan Mədinə) adlanan şəhərə daxil olur.
Böyükdən kiçiyə hamı həsrətində olduqları Peyğəmbəri (s.ə.s) sevinclə dolu göz yaşları ilə, «Vida təpələrindən ay doğdu üzümüzə və şükür etmək vacib oldu bizə!» nəğməsi ilə qarşılayır. Peyğəmbər (s.ə.s) dəvəsindən düşür, hamı onu qucaqlayıb əlindən, üzündən öpmək istəyir. Mədinə uşaqları hamılıqla qollarını açıb onu qucaqlamaq, bağrına basmaq istəyir. Peyğəmbər (s.ə.s) uşaqlara tərəf gedir, qollarını açıb qucaqlaya bildiyi qədər onları bağrına basır, üzlərindən, gözlərindən öpür. «Məni sevirsinizmi,
uşaqlar?», - deyə soruşur. Uşaqlar uca səslə. «Bəli, sevirik səni, ey Allah Peyğəmbəri, özü də çox sevirik» deyirlər. Peyğəmbər (s.ə.s) onları daha bərk bağrına basaraq buyurur: «Allah şahidim olsun ki, mən də sizi çox sevirəm».

Hicrət uşaqlarla başladı. Mədinəlilər Peyğəmbərə (s.ə.s) xidmət etsin, ona salam verib salamının cavabını alsın deyə, hərə bir şey hədiyyə etmək istəyir – Biri ən ləziz xurma, başqa birisi sərin su. Ummi Suləyn adlı yoxsul qadın Peyğəmbərə (s.ə.s) nə hədiyyə edəcəyini bilmir. Birdən on yaşlı oğlu Ənəsi görür. Onu Peyğəmbərin (s.ə.s) yanına aparır. Ey Allah Peyğəmbəri! Bu mənim oğlum Ənəsdir, icazə versəydiniz, sizin yanınızda qalardı, sizin tərbiyənizi alardı. İnşallah incitməz sizi.

Ənəs iyirmi yaşına qədər Peyğəmbərin (s.ə.s) yanında qalır. O, Peyğəmbər (s.ə.s) barədə deyir: On il Peyğəmbərin (s.ə.s) yanında qaldım, bir dəfə də olsun mənə hirslənmədi, hətta üzünü belə turşutmadı. Günlərin biri məni bir yerə göndərdi, əvvəl getmək istəmədim, israr etdikdən sonra getməyə razı oldum. Getmək istərkən başım yolda oynayan uşaqlara qarışdı və mənə tarşırılanları unutdum. Peyğəmbər axşam evə qayıdarkən məni yaxaladı və göndərdiyi yerə getdiyimi soruşdu. Getmədiyimi bilincə yenə də mənə hirslənmədi və bir kəlmə də olsun acı söz demədi.

Ənəs deyir: Başqaları məni incitdikləri zaman onlara deyərdi: İşiniz olmasın uşağımla, əgər Allah istəsəydi belə olardı… Ənəs sözlərinə davam edərək deyir: Allah Peyğəmbəri (s.ə.s) uşaqlara qarşı son dərəcə şəfqətli və mehriban idi. Onun bədəninin qoxusu məni valeh edirdi. Çox vaxt yalnız ətrini duymaq üçün yanına gedərdim. Əlini başıma uzatdığı zaman ətrafı gözəl qoxu bürüyürdü. Günlərin biri məni yanına çağırıb buyurdu: «Övladım, dəstəmazını doğru və düzgün al, belə et ki, ömrün uzun olsun. Dəstəmazını doğru və düzgün al ki, səni qoruyan mələklər səni yaxşı qoruyub yanında olmaqdan həzz alsınlar». Ənəs ömrünün sonunadək Peyğəmbərin (s.ə.s) tövsiyəsinə əməl edir və təsadüfi deyil ki, 120 il ömür sürdü.

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri