Namaz hökmlərində rast gəlinən şəkk halının mənası nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 1 658
Səs ver:
(səs: 0)
Namaz hökmlərində rast gəlinən şəkk halının mənası nədir?

Namaz bəndənin Allahla söhbəti kimidir. Namaz zamanı xüsusilə diqqətli olmaq və əməlləri dəqiq şəkildə yerinə yetirmək lazımdır. Diqqətsiz şəkildə qılınan namazın savabı az olar. Bəzən insan hər hansı səbəb üzündən namaz əməllərini hansı ardıcıllıqla, hansı şəkildə və neçə dəfə yerinə yetirməsi barədə şübhəyə düşür, bu zaman onun düşüncəsində iki və ya daha artıq istiqamətdə zənn yaranır. Məsələn, namazın 3-cü rükətindəyəm ya 4-cü rükətində; birinci səcdədən qalxdım ya ikinci səcdədən; dəstəmazım pozulmuşdu ya yox və s. Bu zaman namazı pozmayacaq dərəcədə düşünüb qərara gəlmək, zənnin hansı tərəfi daha güclü olarsa ona uyğun əməl etmək lazımdır. Əgər zənnin heç bir tərəfi güclü deyilsə, bütün zənlər eyni dərəcədə qüvvədədirsə, adam heç bir qərara gələ bilmirsə, buna şəkk halı deyilir. Şəkkin hökmləri çox əhatəlidir və risalələrdə ətraflı izah edilib.
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 1 658
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri