Çətinliyə düşəndə belə dua edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 586
Səs ver:
(səs: 2)
"Ey hər kəsin düyünü Sənin əlinlə açılan, ey çətinliklərin ağırlığı mərhəmətinə sıxan, ey darlıqdan çıxıb asanlıqa getmək səndən istənilən!

Çətinliklər Sənin lütfünlə asanlaşır, həyat vasitələri və yaşayış səbəbləri Sənin rəhmətinlə hazırlanır, qəza qüdrətinlə hərəkətə gəlir, hər şey iradənlə işə düşər, yalnız Sənin istəyinlə bir şeyə əmr etmədikdə işə düşər, hər şey iradə etdikdə nəhy etməzdən öncə işdən düşər, bütün çətinliklərdə Səni çağırarlar, bütün müsibətlərdə Sənə pənah gətirirlər, Sənin aradan aparmadığından başqa heç bir bəla aradan getməz, Sənin açdığın düyündən başqa heç bir düyün açılmaz!

İlahi! Mənə bir bəla düçar olmuş ki, onun çətinliyi və ağırlığı məni əldən salmış, elə bir çətiliklər mənə üz vermiş ki, onlara dözmək mənə ağır olmuşdur, onu Sən öz qüdrətinlə mənə rücah etmisən.

İlahi! Sənin rücah etdiyini kimsə geri apara bilməz, Sənin göndərdiyini geri qaytara bilməz, Sənin açdığın bir şeyi kimsə bağlaya bilməz, Sənin bağladığın bir şeyi kimsə aça bilməz, Sənin çətinlişdirdiyin bir şey kimsə asan edə bilməz, Sənin zəlil etdiyin kimsəyə bir yardımçı olmaz! Belə isə Muhəmməd və onun soyuna səlaavat göndər və öz rəhmətinlə, ey mənim Rəbbim, rahatlıq qapısını üzümə aç, öz qüdrətimlə həyat meydanında qəm sultanının hökmünü sındır, istədiyim şeydə məni öz mərhəmətinlə kamala çatdır, istədiyimə icabətin şirinliyini daddır, öz tərəfindən mənə könül oxşayan bir icabət nəsib et, mənim üçün bəlalardan tezliklə bir nicat qərar ver, qəmə düşməyimlə məni öz vacibat müstəhəbbatından saxlama! Çünki mən başıma gələn hadisənin ucbatından taqətsiz olmuş, qəlbim həyatında baş verən bu bəladan qəm-qüssə ilə dolmuşdur‏‏‏‏‏‏‏‏‏‏‏‏‏‏‏‎‎‎ və Sən düşdüyüm bu bəlanı aradan aparmağa qadirsən, belə isə öz qüdrətini mənim barəmdə işə sal, hərçənd Sənin tərəfindən buna layiq deyiləm, ey böyük ərşin Pərvərdigarı!"

("Səhifeyi-Səccadiyə", 7-ci dua)
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 586
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri