Dində hamiləlik dövrü..

Müəllif: Onun_Mələyi
Şərhlər: 2
Baxılıb: 2 641
Səs ver:
(səs: 1)
Ananın hamiləlik dövrü analıq məhəbbəti, Allahın rəhmət nişanəsi olmaqla yanaşı, olduqca ağır və çətin dövrdür.
Qadının əri, hər iki tərəfdən olan qohumlar onu anbaan qorumalıdırlar. çünki azacıq uyğunsuz davranış, hər bir əziyyət həm qadına, həm də bətnində daşıdığı günahsız körpəyə gözlənilməz təsirlər bağışlayır.
Əgər ər və arvad ata və ya ana evində yaşayırlarsa, valideynlərin üzərinə düşən şəri və əxlaqi vəzifə budur ki, ərini hamilə qadına qarşı çıxartmasınlar və hamilə qadını mümkün olan şəkildə qorusunlar.
Oğlanın valideynləri onların aram həyatına qarışmamalı və bu iki yeniyetmənin yaşamını alt-üst etməməlidirlər. çünki onlar hamısı bu iki gəncin, xüsusilə də ana bətnindəki uşağın qarşısında məsuldurlar. Əgər ətrafdakıların uyğunsuz hərəkətləri, valideynlərin yersiz dedi-qoduları və umacaqları ana bətnindəki uşağa hər hansı bir zərbə vurarsa, səbəbkarları mütləq İlahi ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar. Quran hamının ən kiçik rəftarlarından ən böyük əməllərinə qədər * bütün davranışları qarşısında məsul olduğunu buyurur:

فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ
عَمَّا كَانُوا يَعْمَلُونَ

''(Ya Muhəmməd!) Rəbbinə and olsun ki, biz onların hamısını (bütün məxluqatı dünyada) etdikləri əməllər barəsində sorğu-suala çəkəcəyik''. (''Hicr'' surəsi, ayə 92-93)

وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ

''Onları yubadıb, saxlayın. çünki sorğu-sual olunacaqlar''. (''Saffat'' surəsi, ayə 24)

وَلا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَئِكَ كَانَ عَنْهُ مَسْئُولا

''...Qulaq, göz və ürək * bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqlar''. (''İsra'' surəsi, ayə 36)
Bir çox yeni qurulmuş ailələrdə baş vermiş ixtilaflara nəzər saldıqda, etiraf etmək lazımdır ki, çox vaxt təqsir böyüklərdədir.
İxtilafın səbəbi valideynlərin yersiz umacaqları və xırdaçılıqları olur. Bəzən də imam Sadiqin (ə) buyurduğu kimi, qalmaqallara həsəd bais olur. Əlbəttə, bəzi təzə gəlinlər də bu qalmaqalların törənməsində təqsirsiz deyildirlər. Buna səbəb onların yaşlarının azlığı, təcrübəsizlikləridir. Buna göz yummaq mümkün olduğu halda, böyüklər onları bağışlamırlar. Nəticədə isə ixtilaf odu alovlanır və əxlaqi, dini çatışmazlıq bu ixtilafa daha da təkan verir. Belə ki, iki gəncin yenicə qovuşmuş ulduzu ayrılır, ümidləri doğrulmur.

Bildiyiniz kimi, hər bir insan istər kişi olsun, istərsə də qadın fitri olaraq azad və azadlıqsevər yaradılmışdır. Bu azadlığın alınması kimin tərəfindən olmasından asılı olmayaraq, İslam nəzərində böyük günahdır.
Burada hamilə qadına diqqət olunması, onun əmin-amanlığının qorunmasından söhbət açmağımızın mənası, hamilə olmadıqda heç də ona etinasızlıq etməyin maneəsiz olması demək deyil. Bu, yalnız hamilə qadının həssas vəziyyətini diqqətinizə çatdırmaq üçündür. çünki hər bir halda insanların azadlığının qorunması vacibdir.
Əgər ailələrin imkanı olarsa və onlar üçün problem yaranmazsa, elə ilk gündən bəylə gəlinin həyatını müstəqil etsinlər və beləliklə, onlarla İslami göstərişlər və insani keyfiyyətlər əsasında, heç bir umacaqları olmadan davransınlar.
Hər iki tərəfin valideynləri onların evinə yalnız öz övladlarını görməyə, onlara başçəkməyə getməli, öz evlərinə gəldikdə isə onları xoşüzlə qarşılamalı və onların həyatına heç bir dəxalət etməməlidirlər.

Buna imkanları olmadıqda isə öz evlərinin bir hissəsini onlara verib, şirin həyatlarının zəhərə çevrilməməsinə səy göstərməlidirlər.
Gəlin ər evində İlahi bir əmanətdir. O, min arzu diləklə öz keçmiş həyatından əlçəkərək, yeni bir həyata qədəm qoymuşdur. Kürəkən isə gəlinin ailəsi üçün Haqqın nemətidir. Bu nemətə öz övladları kimi yanaşmalıdırlar. Onların bu davranışı Qurana və rəvayətlərə əsasən, ibadət olaraq Haqqın rizasına və əbədi behiştə yol açır.
Yeni ailə qurmuş gənclərin valideynləri ailə qurduqları ilk günləri xatırlasınlar. Onlar ya yaxınlarının mehribanlığı, səmimiliyi nəticəsində olduqca şirin bir həyat keçirmiş, ya da bunun əksinə olaraq, yaxınlarından heç bir səmi
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 641
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri