"TƏQQİYƏ" və "TÖVRÜYYƏ" nə deməkdir?

Müəllif: Onun_Mələyi
Şərhlər: 0
Baxılıb: 4 231
Səs ver:
(səs: 0)
Sual:
salam aleykum. Teqiye- tövriyyə ne demekdir

Cavab:
Və aleykum Salam.
Təqiyyə - yalandan qarşınızdakı adamla razılaşmaq deməkdir və bu yalan olduğu üçün qadağandır. Xüsusən də münafiqlərin əməlidir, çünki münafiqlər daxildə kafir, zahirdə isə özlərini müsəlman kimi göstərirlər. Təqiyyə yalan sayıldığına görə haramdır.
Tövriya - bir kəlmənin iki mənalı olup sənin birini qəsd edərək digəri ilə onu gizlətməyindir. Tövriyə isə yalan olmayıb istisna hallarında işlədilməsi icazəlidir.
Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Məkkədən Mədinəyə hicrət edərkən yolda Bədir quyularına gəldikdə kimlərdən olduğunu soruşan adama vəziyyəti gizlətmək üçün "Sudan" cavabını vermişdir. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bununla sudan yaradıldıqlarını qəsd etmiş, soruşan adam isə Su qəbiləsindən olduqlarını anlamışdır. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) tövriya bir kəlmə istifadə etmiş, kim olduğunu bildirməmişdir. Burada hər iki məna da deyilən sözün həqiqi mənasıdır.
Həmçinin, Əbu Bəkr Peyğəmbərimizlə (ona Allahın salavatı və salamı olsun) hicrət edərkən tərkində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) olduğu halda bir nəfərin soruşmasına ki: "Bu kimdir, ey Əbu Bəkr?" - "Mənə yol göstərən bir adamdır" deyə cavab vermişdir. Müşriklərin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) zərər olmasından qorxan, həm də yalan danışmaq istəməyən Əbu Bəkr (Allah ondan razı olsun) İslamda yol göstərən olduğunu, sual verən adam isə bələdçi olmasını anlamışdır. (İbn Hiccə əl-Həməvi, "Xizənə" 2/ 40-41).
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 4 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri