Cənnətin ən yüksəy yerinə necə nail olaq?☆

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 2 078
Səs ver:
(səs: 1)
Sual:
Salam aleykum. Cənnətin ən yüksək yerinə hansı əməllər ilə çataq? Bütün möminlər Peyğəmbərləri görəcək mi?

Cavab:
Və aleykum Salam. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: "...Allahdan (nə isə) dilədiyiniz zaman Fir­dovs cən­nətini diləyin! Çünki Firdovs, Cənnətin tam ortası və ən yüksək mər­təbəsidir. Onun üstündə isə ər-Rahmənin Ərşi yerləşir. Cənnət çayları oradan qayna­yıb axır”. (əl-Buxari, 2790).
Uca Allah buyurur: "Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını həmişə qoruyurlar, zövcələri və sahib olduqları cariyələr istisnadır. Onlar buna görə heç qınanmazlar. Bundan artığına can atanlarsa həddi aşanlardır. O mömin kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar. O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar. Məhz onlar – varis olanlarınızdır. Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar". (əl-Muminun, 1-11).
Cənnətin ən yüksək mərtəbəsinə nail olmaq üçün Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Mən, haqlı ol­du­ğu halda belə mübahisədən əl çəkən kimsənin Cənnətin güşə­sin­də bir evi olacağına, habelə, za­rafatla olsa belə yalan danışmayan kimsənin Cənnətin ortasında bir evi olacağına və bir də əx­la­qı gö­zəl olan kimsənin Cənnətin ən yüksək təbəqəsində bir evi ola­ca­ğı­na zəmanət ve­ri­rəm!” (Əbu Davud, 4800). Ənəs (Allah ondan razı olsun rəvayət edir ki, (bir dəfə) bir nəfər Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) Qiyamət barə­sində soruşub dedi: “Qiyamət Saatı nə zaman gələcək?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyur­du: “Sən Qiya­mətə nə tədarük görmüsən?” Adam dedi: “Heç bir şey ha­zır­lamamışam, mən sadəcə Allahı və onun Rəsulunu sevirəm”. Peyğəm­bər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Sən sevdiyin kəslə bir yerdə olacaqsan!” Ənəs dedi: “Biz Peyğəmbərin salləllahu aleyhi və səlləm: “Sən sevdiyin kəslə bir yerdə olacaq­san!” sözünə sevin­diyimiz kimi heç bir şeyə sevinməmişdik”. Ənəs dedi: “Mən Peyğəm­bəri (ona Allahın salavatı və salamı olsun), Əbu Bəkri, Öməri sevirəm və ümid edi­rəm ki, onlar qədər yaxşılıq etmiş olmasam belə, bu sevgimə görə onlarla bir yerdə olacağam”. (əl-Buxari, 3688).
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 078
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri