Quranda Qadına Verilən Əhəmiyyət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 544
Səs ver:
(səs: 0)

http://fashion.net.ua/wp-content/uploads/2010/03/musulmanskaya-devushka-6.jpg

 

Quranda Qadına Verilən Əhəmiyyət

Bəzi insanlar İslamda qadına nə qədər böyük əhəmiyyət verildiyindən xəbərsizdirlər. Quran haqqında yetərli məlumata sahib olmayan bu insanlar, hətta qadınların özləri belə bu gerçəyi bilmədikləri üçün haqlarını cahiliyyə əxlaqındakı yanlış üsul və tətbiqlərlə qorumağa çalışırlar. Hazırda dünyadakı qadın cəmiyyətlərinə baxdığımızda bu həqiqət çox açıq şəkildə ortaya çıxır. Dünyanın bir çox ölkəsində şiddətə və pis münasibətə məruz qalan, işsiz, yardıma möhtac, yaşlılar evində tərk edilmiş çox qadın var və onların bu vəziyyətlərinə hələ çarə tapılmayıb. Məsələnin həlli yolları isə səhv yerlərdə axtarılır. Cahiliyyə sistemi içərisində, cahiliyyə məntiqi və cahiliyyə qaydalarını əsas götürərək tapılacaq çarələr, izləniləcək yollar insanları bir nəticəyə çatdırmaz.

Allah Quranın "Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər." (Muminun Surəsi, 71) ayəsi ilə bu həqiqətə diqqət çəkmişdir. İnsanlar həyatlarını özlərinin təyin etdiklərini düşünüb həyatlarını səhvlər üzərinə qurduqları zaman nəticə mütləq hüsran olacaq. Yer üzündəki hər şey pozulacaq.

Cahiliyyə cəmiyyətlərində insanların çətinlik içərisində yaşadıqlarını gördükləri halda bu vəziyyətə bir çıxış yolu tapa bilməmələri də işə cahiliyyə inanclarına görə yanaşmaqdakı israrlarından, özlərini rifaha çıxaracaq yoldan bilə-bilə üz çevirmələrindən qaynaqlanır.

Tək çarə hər mövzuda olduğu kimi yalnız Qurandadır. Allah Quranla insanlara ən rahat, ən sakit və ən gözəl şəkildə yaşaya biləcəkləri sistemi təqdim etmişdir. İnsanlara xeyir və qazanc təmin edəcək, onları doğru yola çatdıracaq olan yeganə yol Allahın yoludur. Allah Quranla insanlara şan və şərəflərinin gətirildiyini bildirir. İslam əxlaqına tabe olan, Allahın Quranda bildirdiyi yolu izləyən insanlar hər mövzuda rifaha çatırlar.

Qadınların məruz qaldıqları bütün çətinliklərin tək çarəsi də yenə Qurandadır. Allahın insanlar üçün hidayət rəhbəri olaraq endirdiyi İslam dini qadına böyük dəyər verir. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqlarını qorumuş, cahiliyyə cəmiyyətlərində qadınlara aid olan səhv dünyagörüşünü aradan qaldırmış, qadına cəmiyyət içərisində hörmətli yer qazandırmışdır. Rəbbimiz Quran ayələriylə insanlara Allah Qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğunu bildirmişdir.

Allah qadınların cəmiyyət içərisində qorunmalarını, layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınacaq tədbirləri Quran ayələri ilə bizlərə bildirmişdir. Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahiliyyə inancında olan insanların səhvlərini ortadan qaldırmışdır

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 4 544
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri