Dırnağınızı və şaçınızı hara gəldi ATMAYIN!!!

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 2 557
Səs ver:
(səs: 0)
Allah insana yüksək dəyər vermişdir, onu hörmətə, ehtirama layiq bir şəkildə yaratmışdır.
Bununla bağlı Qurani-Kərimdə belə buyurulmaqdadır: "Biz Adəm oğlunu mükərrəm, yəni möhtərəm olaraq yaratdıq".
İnsanın özü möhtərəm sayıldığı kimi, orqanları da ehtirama layiqdir. Ona görə də insanın hər hansı bir orqanının satılmasına icazə verilmir. İnsan orqanlarının pis yerlərə tullanması da ən azı özünə hörmətsizlikdir. Bu mənada insan öz vücudundan ayrılan parçalara həmişə ehtiram göstərməlidir. Dırnaq ucları və kəsilən saçlar hara gəldi atılmamalıdır. Əvvəllər belə bir qayda var idi ki, bu saydıqlarımızı həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırardılar. İndi böyük şəhərlərdə yaşayan yüz minlərlə insan bəlkə də öz dırnağını və ya saçını basdırmağa əziyyət çəkir. Ona görə də məsləhətdir ki, onları kağıza büküb zibil qabına atsınlar. Yəni saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil.
İşin başqa bir tərəfinə də baxaq: ola bilsin ki, kiminsə saçı və ya dırnağı başqasına pis təsir göstərə, onun ürəyini bulandıra bilər. İnsanların iyrənməsinə səbəb olmaq onların haqqını tapdalamaqdır. Ona görə də saç və ya dırnaq məsələsində həssas davranmaq lazımdır. Uca Peyğəmbərimiz (s.ə.s.) dırnaqlarını müəyyən günlərdə səliqə ilə kəsər və heç kimin görmədiyi yerdə basdırardı.
Bərbərxanalarda hər gün neçə-neçə insanın saçı qırxılır. Təbii ki, bərbərin hər gün yer qazıb saç basdırmaq imkanı yoxdur. Ancaq bərbərin o saçları havaya sovurması da insanlara qarşı haqsızlıqdır. Bərbər o kəsilmiş saçları bir kağıza bükməli və ya torbaya yığmalı, möhkəmcə bağlamalı, açılmayacağından, dağılmayacağından əmin olduqdan sonra zibil qutusuna atmalıdır. Yəni hər sahədə olduğu kimi bu cür məsələlərdə də dinimizin, əxlaqımızın asan tərəfləri var.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri