Namazda qiraət haqqında

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 1 961
Səs ver:
(səs: 2)
Allahın biz insanlara vacib buyurduğu ibadətlərin arasında namaz ən önəmli yerlərdən birini tutur. Namazın hər rüknunun bir qiyməti vardır. Məhz namaz vasitəsilə qul onu Yaradanın qarşısında səcdə etmək kimi ən gözəl rükunu yerinə yetirir. Namaz qılaraq bəndə öz Rəbbinə yaxınlaşmaq şansı qazanır. Sanki hər gün müəyyən edilmiş vaxtlarda Allahı ilə ünsiyyətdə olur. Elə bu ünsiyyətin sevinci, mənəvi təmizliyi, rahatlığı o insanın bütün gününə sirayət edir. Namaz qıldıqca insan ruhən bir sakitliyə, günahlardan təmizlənməyə nail olur. Bu ibadətin mənəviyyatımıza təsirini heç nə ilə müqayisə etmək mümkün deyil. Namaz sözü ərəb dilində dua deməkdir. Uca Allah buyurur: “Onların mallarından sədəqə götür ki, bununla onları pak edib təmizə çıxarasan. Onlar üçün dua et. Çünki sənin duan onlar üçün bir təskinlikdir. Allah Eşidəndir, Biləndir”( ət‐Tövbə surəsi, 103).

Abdullah ibn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin(s.a.s) belə dediyini rəvayət edir: "İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Məhəmmədin Allahın qulu və elçisi olmasına şəhadət gətirmək, Namaz qılmaq, zəkat vermək, Allahın Evini həcc etmək və Ramazan ayında oruc tutmaq"(Buxari 1/49/N8. Muslim 1/45/N16. Tirmizi 4/119/N2736. Nəsai 8/107. Hədisin bu tərtibatı Muslimə məxsusdur). Namaz hər bir həddi büluğa çatan, ağlı başında olan müsəlmana vacibdir. Əli (r.a) Peyğəmbərin (s.a.s) belə dediyini rəvayət edir: "Üç insandan qəlğm qaldırılmışdır (etdiklərinin məsuliyyətindən azad olunmuşdur): Yatan oyanana qədər, uşaq həddi büluğa çatana qədər, dəli ağıllanana qədər" (Hədis səhihdir, Səhih əl-Cami əs-Səğir: N3513. Əbu Davud 12/78/N4380). Namazda qiraəti tələsmədən və aydın şəkildə etmək lazımdır. Peyğəmbər (s.a.s) namazda Fatihə surəsini bitirdikdən sonra (Bu surəni də ayə-ayə, aramla oxuyardı.) "Amin" dehərdi. Fatihədən sonra başqa surə oxuyardı. Bəzən uzun, bəzən də qısa surələrdən oxuyardı. Peyğəmbər (s.a.s) sübh namazında, məğrib və işa namazlarının ilk iki rükətlərində qiraətini səslə edərdi. Zöhr və əsr namazlarını, məğrib namazının üçüncü, işa namasının isə son iki rükətini səssiz oxuyardı (Bu abzas şeyx Albaninin "Sifəti Salət ən-Nəbiy" adlı kitabından ixtisar edilmişdir). Ubadə ibn Samit (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: "Namazda Fatihə surəsini oxumayan kimsənin namazı yoxdur"(Muslim 394, 900, Əbu Davud 822, Tirmizi 247, 311, Nəsəi 910, Əhməd 22677, 22729). Peyğəmbər (s.a.s) buyurdu: "Bir kimsənin Fatihə oxumadan qıldığı namaz caiz deyildir"(Dərakutni, Həkim, İbn Hibban, əl-Albani "İrva" 2/10, 11). Peyğəmbər (s.a.s) zöhr namazında ilk iki rükətdə "Fatihə" surəsini və iki surə oxuyardı. Birinci rükətdə qiraəti uzun, ikincidə isə qısa tutardı (uzatmazdı) (əl-Albani "Sifətus Salətu Nəbiy" 111). Əbu Qatadə (r.a) deyir ki, Peyğəmbər (s.a.s) zöhr namazının ilk iki rükətində fatihə surəsini və əlavə iki surə oxuyardı. Birinci rükəti uzadar, ikinci rükəti isə qısaldardı. Bəzən oxuduğu ayəni (bir az ica səslə oxuyub) başqalarına eşitdirərdi. Əsr namazında da fatihə surəsini və iki surə oxuyardı. Sübh namazının birinci rükətini uzadar, ikinci rükətini isə qısaldardı" (Hədis səhihdir. Səhih Sünən Nəsai: N932. Buxari 2/243/N759). Namazda ilk iki rükətdə Fatihə surəsindən sonra istənilən surələri oxumaq olar. Buna yuxarida göstərilən hədislər də dəlildir. Bu surələr qısa da ola bilər, uzun da. İstəyən hətta bir deyil bir neçə surəni belə dalbadal oxuya bilər. Bu artıq onun imanına, istək və zamanına qalmış bir şeydir. Bu barədə də Sünnədə yetərincə hədislər var. Qeyd: Hər kəsin dediyi sözlərə svadsızca və kor-koranə inanmaq düzgün deyil. İslam məntiq dini deyil. Sübut və dəlillərlə əsaslandırılmış məlumatı götürmək və əməl etmək lazımdır. Bunun üçün də Quran və Allahın Quranda qeyd etdiyi Yol (Sünnə, yəni Muhəmməd Peyğəmbərin ( s.a.s) sünnəsi) var. Bundan əlavə, Azərbaycanın hansısa universitetinin sadəcə İlahiyyat fakültəsini oxuyub sonradan fətvalar verməyə çalışan insanlara da uymamaq lazımdır. Bunun üçün Mədinə universitetinin dərslər keçməyə icazə verdiyi elm tələbələri vardır. Bu o demək deyil ki, İslamı, dinimizi yaymağa çalışanlar Mğdinə tələbəsi deyilsə, demək onlara qulaq asmamalıyıq. Əksinə, sadəcə olaraq izahlarlnda əsaslı dəlil və sübutu olanlara yönəlməliyik. Allah elmimizi artırsın və bizi doğru yola hidayət etsin!
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 1 961
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri