Xəstə qəlblər

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 113
Səs ver:
(səs: 1)
Maraqlıdır görəsən həqiqətən də xəstə qəlblər olurmu?! Bu xəstəlik necə yaranır, necə müalicə edilir? Kardioloqlar düzgün diaqnoz verib, sonra düzgün müalicə təyin edə bilirlərmi? Nədir axı həqiqətən də qəlbləri xəstə edən?
Allah -Təala Qurani-Kərimdə xəstə qəlbləri bəzi məqamlarda belə qeyd etmişdir. "Onların qəlblərində xəstəlik vardır və Allah da onların xəstəliyini artırmışdır. Yalan söylədiklərinə görə də üzücü bir əzab çəkəcəklər." (əl-Bəqərə, 10).

"Belə edər ki, şeytanın gizli təlqinini qəlbində xəstəlik olanlar və qəlbi sərt olan insanlar üçün bır sınaq (vasitəsinə) çevrilsin. Həqiqətən, zalımlar uzaq bir ayrılıq içindədirlər." (əl-Həcc, 53). "Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın" (əl-Əhzab, 32).

"Əgər ikiüzlülər, qəlbi xəstə olanlar və şəhərdə qarayaxma şayiələr yayanlar (öz yaramaz əməllərinə) son qoymasalar, səni onlara qarşı çıxmağa çağırarıq." (əl-Əhzab, 60)
"Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını (on doqquz) etdik ki, (bu,) kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın, Kitab verilənlər və möminlər (haqqa) şübhə etməsinlər və qəlblərində xəstəlik olanlar və kafirlər: "Allah bu məsəllə nə demək istəyir?"- desinlər." (əl-Müddəssir, 31).

Xəstəliyin vəsfi və səbəbləri;
Bədəndə xəstəlik olarsa, bədən qüsurlu olar, təbii hərəkətlərində əngəl yaranar, hər şeyi yanlış dərk etməyə başlayar. Ya kar, kor, lal, şikəst olaraq dərketmə sistemini təmamilə itirər, ya həmin əzalarda zəiflik olduğundan dərketmə prosesi naqis olar, ya da çox şeyi olduğu kimi dərk etməz, şirini acı, çirkini gözəl bilərək bu kimi müxtəlif hisslər keçirər.
Təbii hərəkətdə qüsur necə olur?!

Insanın həzm prossesində və ya sinir sisitemində xələl yaranarkən adi hərəkətləri edə bilməkdə aciz qalır, ağrı-acı keçirir, amma bunun nəticəsində ölmür, sadəcə naqis yaşayır. Bu qüsurlar və naqisliklər isə bir çox səbəblərdən ortaya çıxır. Ya hər hansı bir maddənin, hormonun azlığındandır ki, onu artırmaq, çoxluğundandırsa azaltmaq lazımdır. Ya yüksək hərarət, ya soyuqluq, ya rütubət, ya quruluqdur ki, bunları da azaldıb təbii həddinə endirmək lazımdır. Ya da ziyanverici maddənin, bakteriyanın, mikrobun yığılmasıdır ki, bunu da çıxarıb, bədəni azad etmək, təmizləmək gərəkdir.
Əgər qəlbin xəstəliyini araşdırsaq, həmin səbəblərdən birini taparıq. Bədəndəki xəstəliyi analiz edib, diaqnoz qoyduğumuz kimi, qəlbin də xəstəliklərini, diqqətlə, ehtiyatla araşdırıb tapmalıyıq.

Qəlbin xəstəliyi, təbii olaraq götürsək 2 cürdür. Biri həmin an ağrı verməz, qəlb sahibi bunu tez hiss etməz. Buna misal, cəhalət, axmaqlıq, şəkk-şübhələr və sairə kimi bənzər xəstəliklərdir. İkincisi isə qəlbdə biruzə verən kimi ağrı-acı hiss etdirər. Qəm, kədər, hüzn, qəzəb, kin-küdurət, nifrət kimi xəstəliklər isə qəlbdə yer alan kimi qəlbi ağrıdar, üzər. Bu xəstəliklər təbii üsulla müalicə edilər və yox olar. Sadəcə onların səbəbini, mənbəyini tapmaq gərəkdir. Bədən ağrıyarkən qəlb ağrıyar, təbii ki, qəlb də ağrıyarkən bədən ağrımağa başlar. Bu ağrıları isə səbəbini tapıb aradan götürən an sakitləşdirmək mümkündür. Lakin əvvəldə qeyd etdiymiz birinci növ xəstəliklər isə təbii yolla sağalmaz, onu müalicə etmək çox çətindir. O xəstəlikləri yalnız nəvəbi sünnətdə göstərilən, Quranda buyurulan imani üsul və üslublarla müalicə edib aradan götürmək mümkündür. Onlar aradan götürmək mümkün olmazsa sonradan həmin qəlb sahiblərinə cəza və əzab da veriləcəkdir. Qəlblərin, ürəklərin və sinələrin necə təmizlənməsini biz Quranda da tapa bilərik; "Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin, və möminlərin qəlbindən qəzəbi silib aparsın. Allah istədiyi kəsin tövbəsini qəbul edər. Allah Biləndir, Müdrikdir" (ət-Tövbə, 14-15)

Həqiqətən də Allahın buyurduğunda, göndərdiyində möminlər üçün şəfa və hidayət vardır. "Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir" (Yunus, 57)
"Biz Quranda möminlər üçün şəfa və mərhəmət (olan ayələr) nazil edirik. (Bu ayələr) zalımların ancaq ziyanını artırır" (əl-İsra, 82).
Allah təala qəlbə həyat verdisə, o qəlbə nur da verir: "Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi" (əl-Ənam, 122)

Qəlbin islahı, səadəti, xoşbəxtliyi onun həyatına bağlıdır. Qəlb yaşamırsa, sönübsə, möhürlənmiş və ya məhv olmuşsa artıq onun səadəti sual altındadır. Qurani Kərimin hidayəti də yalnız yaşayan qəlblər üçündür. "Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin" (Yasin, 69-70). Quran qəlbi yaşayanlara göndərilmiş, peyğəmbərimizə də (s.a.s) qəlblərə həyat vermək üçün göndərilmişdir. "Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin. Bilin ki, Allah insanla onun qəlbi arasındadır (onun istəyinə çatmasına mane ola bilər) və siz Onun hüzuruna toplanılacaqsınız" (əl-Ənfal, 24).
Mömin olub saleh əməl görənlərə isə gözəl və xoşbəxt həyat bəxş olunacaq. Allahı unudanlar, Onu heç yad etməyənlər, işlərində Allahın rizasını heç düşünməyənlər nə cür əməl etsələr də həyatları xoşbəxt keçməz. "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik" (Ta ha, 124)

Allaha gedən yol birdir, haqq və iman yoludur. Allahın hidayəti nəsib olan bəndə islam yolunu seçər, bəyənər, razı qalar, rahat və xoşbəxt olar. "Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar" (əl-Ənam , 125)
İslam yolu haqq, ədalət, həqiqət, aydınlıq və nur yoludur. "Məgər Allahın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allahın Zikrinə qarşı sərt olanların vay halına! Onlar həqiqətən azğınlıq içindədirlər" (əz-Zumər, 22).

İman əhli nur içində, qəlbləri həyat dolu olar, imansız kəslər zülmətdə, qəlbləri isə daş kimi sönmüş və məhv olmuşdur.
Haqqı dərk etməyincə, onu qəbul etməyincə, həm də haqqı nahaqdan üstün tutmayınca qəlb sağlam ola bilməz. Qəlbdə əsasən iki qüvvə olur, elm və bilik, həm də iradə və istək. Qəlb sahibi bu hər iki qüvvəni xeyri, mənfəəti, faydası, islahı və səadəti üçün istifadə edərsə kamilliyə doğru addımlamış olar. Kamilliyə doğru addımlamaq necə olur ki?! Hər bir qəlb sahibi elmiylə haqqı tanıyıb dərk edər, biliyilə haqqı batildən ayırarsa, həmçinin iradəsinin qüvvəsiylə haqqı tələb edər və haqqı həmişə batildən üstün tutmaq istəyərsə, o, kamillik pillələrində qalxmağa və yüksəlməyə davam edər.
Haqqı tanımayanlar, azmışlar, haqqı tanıyıb amma batili üstün tutanlar isə Allahın qəzəbinə düçar olanlardır. Haqqı tanıyıb, qəbul edib haqla gedənlər isə Allahın nemətinə nail olmuş bəndələrdir. Biz hər gün bütün namazlarımızda başda Allahdan bizi nemət bəxş etdiyi şəxslər kimi doğru yola yönəltməyini, azmışlar və qəzəbə düçar olmuşların yolundan uzaq olmağı diləyirik.

Hər bir qəlb sahibi anlamalıdır ki, tək olan yaradan Allaha ibadət etməzsə, yalnız Ona sitayiş etməzsə və Onu hər şeydən və hər istəkdən üstün tutmazsa qəlb rahatlanmaz, xoşbəxt olmaz, nə ləzzət, nə nemət, nə də səadət hiss etməz. Məlumdur ki, Allah-Təaladan qeyri bütün məxluqatlar nəyə isə ehtiyac duyur, nə isə əldə etmək, nədənsə uzaqlaşmaq istəyərək səy göstərir. Hər kim olur-olsun, hər şeyini Allaha fəda etsə, yalnız hər şeyi ilə Ona yönəlsə, heç bir zaman peşman olmaz.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri