Şeytan Gözəl Rəftarlardan Uzaqlaşıb Tək Qalan İnsanı Nəyə Yönəldir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 185
Səs ver:
(səs: 0)

 

 

Şeytan Gözəl Rəftarlardan Uzaqlaşıb Tək Qalan İnsanı Nəyə Yönəldir?

 

Şeytanın əsl məqsədi bu insanları - Allahı tənzih edirik - inkara, üsyana və qəflətə salmaqdır. Qısa müddətli olsa belə Allahın açıq-aşkar varlığını, qədəri, ölümün, hesab gününün və axirətin yaxınlığını unutdurmaq, insanı qəflətə salmaq və bunun nəticəsində də qədərə üsyana, təvəkkülsüzlüyə, Quran əxlaqına uyğun olmayan düşüncə və üsluba çəkməkdir. Şeytan hər çətinlikdə bu cür təsir edə biləcəyini düşündüyü bu insanları, əvvəl axır bir gün tam olaraq inkara salmağı ümid edir.

 

Ancaq şeytan insanlara bu məqsədini açıq-aşkar göstərmir. Bunun əvəzinə bəzən qanuni, məqbul, hətta faydalı olacağına inandırdığı səbəblər irəli sürür. Lakin şeytanın planı şübhəsiz ki, bu xeyirli düşüncələrə də mane olub, insanı öz yoluna çəkməkdir. Bu zaman insan,

"Bir az tək qalım, düşünüm.",

"İndi yaxşı düşünə bilmirəm. Bir az istirahət etsəm ağıllı hərəkət edərəm.", 

"İndi özümü itirdiyimi başqaları görməsin. Bir az özümə gəlim sonra yanlarına qayıdaram",

"Tək qalıb yaşadığım hadisələri bir az nəzərdən keçirib analiz edim. Öz səhvlərimi tapıb doğru qərar verim" kimi hiyləgər səbəblərlə təkliyə yönəlir.

Möminlər şeytanın bu “günahsızmış kimi görünən, ancaq rəhmani olmayan” təlqinlərinə qarşı çox diqqətli olmalıdır. Allah insanın əxlaqını sınamaq üçün çətinliklər yarada bilər. Bu çətinliklərlə qarşılaşan insan “tək qalma istəyi”nin, “doğru yol olmayacağını” dərhal anlamalıdır. Çətinlik qarşısında göstərməli olduğu Quran əxlaqı nədirsə, onu hər kəsin yanında, açıq şəkildə yaşamağa çalışmalıdır. Səhvlərini düşünəcək, daha yaxşı olmağa cəhd göstərəcək, niyyətini təzələyəcəksə bunu mömin qardaşlarının yanında da edə bilər. Gözəl söz söyləyəcək, könül alacaq, bir səhvini düzəldəcəksə, bunu heç çəkinmədən insanların arasında da etməlidir. Üzərində mənəvi bir çətinlik varsa, tez Allaha sığınmalı; Allahın verdiyi gözəl nemətləri düşünüb şükr etməlidir. Çətinliyin şeytandan olduğunu bilib, Allah rızası üçün şeytanın istədiyinin tam əksinə, Quran əxlaqının tələb etdiyi kimi şən, sağlam, fəal, söhbətcil olmalıdır. Onun bu gözəl əxlaqı şeytanın tələsini pozacaq, ürəyinə də imani rahatlıq və fərahlıq verəcək. İnsanları çətinlikdən qurtaracaq tək yol “Rəbbimizə sığınıb, Quran əxlaqına uyğun rəftar göstərmək”dir. Quranda bu həqiqət insanlara belə bildirilmişdir: 


“Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir”.” (Cümə Surəsi, 10)

 

“Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad Surəsi, 28)..

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri