Özünü nümayiş etdirmək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 697
Səs ver:
(səs: 0)

 

Özünü nümayiş etdirmək böyük günahdı
Uməymə bint Ruqəyqə şahadət gətirmək üçün Rəsulullahın (s.a.v.) yanına gəlir. Peyğəmbər (s.a.v.) deyir: "Mən sənin ALLAHa heç bir şərik qoşmayacağına, oğruluq etməyəcəyinə, zinakar olmayacağına, uşaqlarını öldürməyəcəyinə, böhtan atmayacağına, qeybət etməyəcəyinə, qəbrlərin üzərində ağı deməyəcəyinə və özünü nümayiş etdirməyəcəyinə körə gətirdiyin şəhadəti qəbul edirəm”.
Bununla Peyğəmbər (s.ə.v) özünü nümayiş etdirməyi ən böyük günahlara aid etdi.

Özünü nümayiş etdirəni Allah öz mərhəmətindən məhrum edib lənətləyir
Rəsulullah (s.a.v.) deyib: "Axırda (qiyamət yaxınlaşanda) mənim ümmətimdə başları dəvənin əyilmiş donqarlarına oxşar geyimli və eyni zamanda geyinmiş çılpaq qadınlar olacaq. Onları lənətləyin, çünki onlar lənətlənmişlər”.

Özünü nümayiş etdirmək cəhənnəm əhlinin xüsusiyyətidir
ALLAHın Rəsulu (s.a.v.) deyib: "Mənim görmədiyim iki cür cəhənnəm əhli var: əllərində inəyin quyruğuna oxşayan qamçı ilə insanları vuran kişilər və başları dəvənin əyilmiş donqarlarına oxşar süslənmiş geyimli, lakin çılpaq qadınlardır ki, başqalarını da bu işə dəvət edirlər. Onlar Cənnətə düşməyəcəklər və hətta onun xoş qoxusu uzaqdan hiss olunduğu halda onlar onu duymayacaqlar».

Özünü nümayiş etdirmək axirət günü qaranlıq və zülmət deməkdir
Peğəmbər (s.a.v.) demişdir: "Öz gözəlliyini özgəlirnə göstərən qadın Axirət Günü işıq üzü görməyən vahiməli zülmətə bənzəyir” .
Hədisin mənası budur ki, həyasız və paltarını təkəbbürlə geyinən qadının Axirət günü siması qara olacaq, sanki o vahiməli zülmətdən yaranmış kimi onu təcəssüm etdirəcək. Bu hədis səhihliyinə görə zəif olsa da, onun mənası təmamilə düzgündür. İş burasındadır ki, günahlı ləzzətin əvəzi zülm, rahatlığın-əziyyət, bolluğun-aclıq, firvanlığın- məhrumiyyət, ətrin-çürümə (leş iyi), işığın isə, - zülmətdir. Və əksinə, oruc saxlayanın ağzından gələn xoşagəlməz qoxu və şəhid qanı Axirətdə müşk iyindən üstün tutulacaq.

Özünü nümayiş etdirmək riyakarlıqdır
Rəsulullah (s.a.v.) deyib: "Sizin qadınlarınızdan ən yaxşıları – sevənlər, gülərüzlülər, doğanlar, yumşaq xasiyyətlilər və dərdə şərik olanlardır, əgər ALLAHdan qorxandırlarsa. Qadınlarınızdan ən pisləri isə özlərini nümayiş etdirənlər və təkəbbürlü yalançılardır və Cənnətə onlar ağ qarğalar tək düşə bilərlər”.

Ağ qarğa ifadəsini Peyğəmbər (s.a.v.) məcazi mənada ona görə işlədib ki, belə qadınların Cənnətə nadir hallarda düşə biləyəcəyini vurğulasın, çünki təbiətdə ağ qarğalar- albinoslar tək-tükdür.

Özünü nümayiş etdirmək ədəbsizlikdir
Yuxarıda dediyimz kimi qadın-övrətdir, övrəti isə açıb göstərmək alçaq və iyrənc bir işdir. Uca ALLAH deyib: «Ədəbsizlik etdikləri zaman: "Atalarımızı belə gördük. Bunu bizə ALLAH əmr etmişdir” - deyərlər. De ki, ALLAH ədəbsizlik əmr etməz. ALLAHa qarşı bilmədiyiniz şeyimi deyirsiniz?» (əl-Əraf, 28).

İnsanı alçaq işlərə sövq edən məhz şeytandır: «Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər...» (əl-Bəqərə, 268).
Özünü nümayiş etdirən qadın islam cəmiyyətində ədəbsizlik toxumu səpən qorxulu və ziyanverici bir virus daşıyıcısıdır. Uca ALLAH deyib: «Möminlər arasında pisliyi yaymaq istəyənlənri dünyada və axirətdə şiddətli əzab gözləyir. ALLAH bilir, siz bilməzsiniz!» (ən-Nur, 19).

Özünü nümayiş etdirmək şeytanın yoludur
Adəmlə Həvvanın şeytanla münasibətləri tarixi, bizə ALLAHın düşməni olan İblisin ayıb yerləri açmaq, geyimləri çıxartmaq və hər yerdə ziyankarlıq etmək kimi niyyətlərini açıb göstərir. Qüdrətli ALLAH deyib: «Ey Adəm oğulları! Ayıb yerlərini özlərinə göstərmək üçün libaslarınızı soyundurub valideyninizi (Adəm və Həvvanı) Cənnətdən qovdurduğu kimi, şeytan sizi də aldadıb yoldan çıxartmasın» (əl-Əraf, 27).
Beləliklə, özünü nümayiş etdirmək və libası soyunmaq çağırışının banisi İblisdir. Məhz o, indi bu hərəkatın rəhbəridir. Şeytan Rəhimli ALLAHa asi olmqda ona tabe olanların hamısının başçısıdır. Bu, ilk növbədə özünü nümayiş etdirən, müsəlmanlara ziyan vuran və onların gənclərini yoldan çıxaran əxlaqsız qadınlardır. Peyğəmbər (s.a.v.) deyib: "Mən özümdən sonra kişiləri yollarından azdıra bilən qorxulu bir şey saxlamamışam– qadınlardan başqa”.

Özünü nümayiş etdirmək əvvəlki ümmətlərin metodudur
Yəhudilər xalqların dağıdılmasında qadın gözəlliyindən istifadə etməkdə böyük təcrübələri var. Bütün dünyaya səpələnmiş çoxsaylı yəhudi təşkilatlarının ən etibarlı silahlarından biri də qadın cazibədarlığıdır. Axı, hələ Peyğəmbər (s.a.v.) deyib: "Fani dünyaya və qadınlara münasibətdə ehtiyatlı olun, belə ki, israil övladlarının arasında ilk fitnəyə səbəb qadınlar olmuşdu”.
Onların kitablarında göstərilir ki, Qüdrətli ALLAH Sionun qızlarını nazlanmaqlarına və öz gözəlliklərini nümayiş etdirdiklərinə görə cəzalandırmışdı. İsayi(vi) kitabının üçüncü bölməsində deyilir: «Həqiqətən ALLAH Sionun qızlarını nazlandıqlarına, ayaqlarındakı halqaları və bilərziklərini təkəbbürlə cingildətdiklərinə görə cəzalandıracaq. ALLAH onların bütün halqalarını və bilərziklərini qoparıb, hörüklərini və saç düzümlərini açaraq sırğalarını, boyunbağlarını, örtüklərini, zolaq və sarğılarını çıxaracaq».
Rəsulullahın (s.a.v.) kafirlərə (müşrüklərə) oxşamamaq və qadınlara münasibətdə onların qaydalarıyla getməmək nəsihətinə baxmayaraq, müsəlmanların çoxu bu xəbərdarlığa fikir vermədi. Beləliklə, Rəsulullahın (s.a.v.) dediyi həyata keçdi: "Siz öz sələflərinizin yolunu ciddi-cəhdlə davam edəcəksiniz. Hətta, onlar kərtənkələ yuvasına girsələr belə siz onların ardınca gedəcəksiniz”. Camaat soruşur: "Bu, yəhudilər və xaçpəmrəstlərdir?». Peyğəmbər (s.a.v.) cavab verir: "Başqa kim olacaq?”.

ALLAHa və Onun Rəsuluna (s.a.v.) asi olub, yəhudilərin və xaçpərətlərin yoluyla gedən qadınlar, ALLAHın hökmünü «Eşidirik və itaət etmirik» sözləriylə qarşılayaraq ALLAHın qəzəbinə tuş gəlmiş qadınlara necə də oxşayırlar! Onlar ALLAHın əmrini eşidərək «Eşidirik və itaət edirik» deyən əsl müsəlman qadınlardan necə də uzaqdırlar!
Uca ALLAH deyib: «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir!» (ən-Nisa, 115).

Özünü nümayiş etdirmək cahiliyyətin üfunətidir
Uca ALLAH deyib: «Evlərinizdə qərar tutun. İlkin Cahiliyyət dövründəki kimi açıq-saçıq olmayın» (əl-Əhzab, 33).
Peyğəmbər (s.a.v.) Cahiliyyət dövrünün imdad haraylarını (Cahiliyyət dövründə təhqir olunmuş adam öz tayfasını və ya müttəfiqlərini (şüvən salıb) uca səslə köməyə çağırırdı, onlar isə səsə hay verib onun müdafiəsinə qalxırdılar ki, bu da qəbilələr arasında uzun müddətli müharibələrə səbəb olurdu) murdar və iyrənc adlandırmış və bizə bu dövrü rədd etməyi əmr etmişdi. Quranda Rəsulullah (s.a.v.) barədə deyilir: «...onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər...» (əl-Əraf, 157).
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 697
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri