Peyğəmbər münafiqlərin rəhbəri Abdulla ibn Übeyyi niyə öldürtmədi?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 1 354
Səs ver:
(səs: 1)
Quranın Münafiqun surəsində açıq-aydın qaydada bildirilir ki, Abdulla ibn Übeyy və dostları mürtəddirlər. Allah Təala belə buyurur:

“Bunun səbəbi odur ki, onlar əvvəlcə inandılar, sonra özlərini görməməzliyə vurub, kafirlik etdilər. Sonra qəlblərində başqa bir təbiət meydana gəldi. Artıq onlar anlamazlar!

Onları gördüyün zaman cüssələri xoşuna gəlir, əgər danışsalar, sözlərinə qulaq asırsan. Onlar, sanki söykəldilmiş dirəkdirlər. Hər bir səs-küyün öz əleyhlərinə olduğunu zənn edirlər. Onlar düşməndirlər, onlara qarşı diqqətli ol! Allah onlarını canını alsın, necə də yalana yuvarlanırlar!” (Münafiqun, 63/3-4)

Allah bildirir ki, onlar mömin olduqları halda, kafir olublar. Amma yenə də mömin görünməyə çalışırlar. Elə isə onlara qarşı belə rəftar edilməlidir:

“…Onlar düşməndirlər, onlara qarşı diqqətli ol!”

Muhəmməd peyğəmbər (s. a. v.) də buna müvafiq hərəkət edib.

Sizin də sualınızda qeyd etdiyiniz fikir uzun müddətdir ki, dillərdə dastan olub. Daha doğrusu, bu bir fikir deyil, ortaya atılan əsassız bir iddiadır.1

Lakin bu o deməkdir ki, guya peyğəmbərimiz bəzi vaxtlarda Allahın əmrini yerinə yetirməyib. Halbuki bu bir böhtandır. Belə bir şey qeyri-mümkündür.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 1 354
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri