Məşhur ilahiyyatçıdan “Silikon vurdurmaq günahdır“ sualına cavab

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 468
Səs ver:
(səs: 1)
Məşhur ilahiyyatçı Nihad Hatipoğlu qadınların bədənindəki bəzi qüsurlarını estetik əməliyyatlar vasitəsi ilə aradan qaldırılmasının günah olmadığını deyib.
Qadinla.com Türkiyə mətbuatına istinadən xəbərverir ki, məşhur ilahiyyatçının verilişində qadın tamaşaçılardan biri " Allahın verdiyi üzü dəyişdirmək və silikon vurdurmaq dində günahdırmı?” sualını verib. N.Hatipoğlu “Bədənində qüsur olan xanımlar ərlərinin xoşuna gəlmək üçün vurdura bilər" , -deyə cavab verib.

İlahiyyatçı alimin qənaətinə görə, botoks kimi müdaxilələr qadınların üz cizgilərinin bəlli olmasına imkan vermir:

“Bu sual estetik özəlliklə bağlıdır. Yaradılışı tibbi müdaxilədən çox, estetik müdaxilələr ciddi şəkildə dəyişdirir. Bu, çox xoş qarşılanmır. Doğuşdan sonra qadının bədənində hər hansı qüsur yaranarsa, bu, ərlə arvad arasında xoşagəlməz problemlərə səbəb ola bilər. Bu səbəbdən də xanımların bu cür kosmetoloji müdaxilələr etdirməsi dində caiz ola bilər. Lakin dəbə çevrilmiş estetik gözəlliklər qəbul edilmir. Bəzi əməliyyatlardan bir müddət sonra üzdə bəzi dəyişikliklər yaranır. Həmin adamın güldüyü, ağladığı məlum olmur. Allah onsuz da insanı gözəl yaradıb. Gözəl yaradılmış simanı pozmaq düzgün deyil. Sadəcə ailə münasibətlərini qorumaq üçün estetik əməliyyatlar etdirmək olar".
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri