Dinimizdə ər arvad arsında nələr halaldı?

Müəllif: Efsuw2016
Şərhlər: 2
Baxılıb: 3 429
Səs ver:
(səs: 0)
Ər-arvad arasında cinsi əlaqə öndən (cinsiyyət üzvündən) olmaq şərtilə, istənilən pozada ola bilər. Arxadan (anusdan) əlaqə böyük günahdır. Uca Allah buyurur: "Heyz vaxtı qadınlardan (cinsi əlaqədən) kənar olun və pak olmayınca onlarla yaxınlıq etməyin. Onlar təmizləndikdən sonra isə Allahın sizə buyurduğu yerdən onlara yaxınlaşın. Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə buyurmuşdur: "Kim aybaşı olan qadınla və ya qadına arxa orqanından yaxınlıq edərsə, yaxud sehrbazın yanına gəlib onun dediklərini təsdiqlə­yərsə, artıq Muhəmmədə r nazil olanı inkar etmişdir". (ət-Tirmizi, 135; İbn Macə, 639). Digər hədisdə deyilir: "Qadına arxasından (arxa orqa­nın­dan) yaxınlaşan lənətlənmişdir". (İmam Əhməd, 10206; Əbu Davud, 2164).
Ona görə də, sizə vacibdir ki, bu şey üçün ərinizə şərait yaratmayasınız və sizdən tələb etdikdə imtina edəsiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095).
Əgər sizi zorla məcbur etsə, onda sizə yox, ona günah yazılır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Həmçinin ərinizi gözəl əxlaqla namaza və Allahın əmrlərinə dəvət etməlisiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 429
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri