Axirət səadəti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 345
Səs ver:
(səs: 0)
Ölüm canlıların onlara verilmiş ömür və vəzifəni bir meyvə budağından qopması kimi tamamlayaraq, dünya adlı bu fani həyatdan qopub buradan əbədi və gərcək həyata, əsil vətənə - axirətə dönüşdür. Burada bütün canlılar bərabərdir. Məqam-mövqe, kişi-qadın, gözəl-çirkin, varlı-kasıb arasında heç bir fərq yoxdur. Hər kəs əvvəl-axır bu müvəqqəti, bu fani həyata əlvida deyəcək və gəldiyi yerə qayıdacaqdır. Çünki dünya əbədi qalmaq üçün deyildir, bir vəzifəni yerinə yetirmək və məqsədli yaşamaq amalı ilə gəldiyimiz müsafirxanadır. Bir gün yer kürəsə ömürünü tamamlayacaq. Çünki Allahdan başqa bütün varlıqlar fanidir. ("Rəhman" surəsi, 55/26).
Bəzən əzablı, dərdli həyat və ya nəşəli, sevincli saatlar insana elə uzun görünür ki, sanki, bitməyəcək. Bunlar nə qədər sonsuz görünsə də, nəticə olaraq əbədi deyildir. Amma əsas səyahət ondan sonra başlayır. Bəli, zaman önəmini və həyatın faniliyini çox yaxşı qavramış böyüklərimiz əbəs yerə "Əd-dünya saatun, fəcəliha taatən", yəni "Dünya həyatı bir saat çəkir. Sən də onu ibadətlə doldur" deməmişlər. Müfəssirlərə (təfsir alimlərinə) görə, bəzi ayələr axirət həyatına nisbətən dünya həyatının təsəvvüredilməz dərəcədə qısa olmasına işarə edir. Bütün bunlara rəğmən, bu qısa həyatda bərəkətli, uzun yaşayıb Allahın rizasını qazanmaq, axirət səadətinə qovuşmaq mümkündür.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri