“İnsan sevdiyi ilə bərabərdir” hədisini necə başa düşməliyik?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 1
Baxılıb: 2 108
Səs ver:
(səs: 1)
Müxtəlif versionlarda nəql olunan bu hədislərin birində: “İnsan sevdiyi ilə bərabərdir. Xeyir və şər, qazandığı hər şey insanın özünündür.”[1]– deyilir. Bu son ifadə məsələni izah edir. Yəni, insan nəyi sevirsə, onu edər və bu elədikləriylə ya dəyər qazanır ya da dəyərsizləşir.

Əlbəttə, Allah hər insanı sevdiyinə layiq qılacaqdır. Sevgi həyatımızın mənası və məqsədidir.

Müsəlman, Allahı və yaratdığı gözəllikləri sevən, sevdiyinə də əməl edən insandır. Digər bir hədisdə imanın belə bu sevgidən qaynaqlandığı bildirilməkdədir:

“Allaha and olsun ki; siz, iman etmədikcə cənnətə girə bilməzsiz, bir birinizi sevmədikcə də həqiqi iman etmiş olmazsız.” (Buxari, “Ədəb”, 96; Müslim, “Birr”, 165).

Lakin, hər bir şeydə aldanma olduğu kimi sevgidə də insanların çoxu aldanır. Haqqı və layiq olanı sevməklə, haqqlı olmaq və bir şeyə layiq olmaq fərqli şeylərdir.

Həsən Bəsri, bu hədisdən doğru nəticə çıxarmayan və belə şeylərlə özlərini təsəlli edən insanlara yönəlik bu ibrətamiz sözləri dilə gətirir: “Ey Adəmoğlu! İnsan sevdiyi ilə bərabərdir hədisi səni aldatmasın! Şüphəsiz ki, sən yaxşıların əməlini etmədikcə əsla onlarla bərabər ola bilməzsən. Yəhudi və Xristianlar da peyğəmbərlərini (ilahlaşdıracaq qədər) sevirdilər, amma onlarla bərabər olmayacaqlar.”

Biz hər şeylə imtahan edildiyimiz kimi sevgi və nifrətlə də imtahan edilməkdəyik. Bunların da öz ölçüləri və qaydaları vardır.

Sevgidə aldananları Quranın işığında belə sıralaya bilərik:


Allahla aldananlar: “Ey insanlar! Rəbbinizdən qorxun. Valideynin övlada, övladın da valideynə heç bir fayda verə bilməyəcəyi gündən çəkinin. Həqiqətən, Allahın vədi bir həqiqətdir. Qoy bu dünya sizi çaşdırmasın, hiyləgər (şeytan) da sizi Allaha (iman) ilə qandırmasın.” (Loğman, 31/33).
Allahın yaxınları/sevimliləri olduğunu sananlar: “Yəhudilər və xaçpərəstlər: ‘Biz Allahın oğulları və Onun sevimliləriyik”– dedilər. (Maidə, 5/18). Müsəlmanlar da təkcə müsəlman olmaqlarıyla deyil, hər hansı bir təriqətə mənsub olmaqlarıyla ya da əhli Sünnə, əhli Beytə yaxın olmaqlarıyla seviləcəklərini düşünməkdədir.
Haq yolda olduqlarını sananlar: “Onlar dedilər: ‘Yəhudi və ya xaçpərəst olun ki, Haq yola yönələsiniz!’ De: ‘Əksinə, (biz) hənif İbrahimin dinindəyik. O, müşriklərdən deyildi”. (Bəqərə, 2/135). Eynilə müsəlmanlar da yəhudi və xristianlardan daha irəli gedərək, təkcə müsəlman olmaqlarıyla deyil, ya əhli sünnə ya əhli şiə ya da hər hansı bir təriqət üzvü olmaqlarıyla haq yolda olduqlarını iddia etməkdədir. Halbuki Allah, onların bütün bu iddialarını boşa çıxararaq, belə buyurmaqdadır: “Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.” (Ənam, 6/159)
Bir insanın sevdiyi ilə bərabər olması həmin insanın sevilməsini də gərəktirir. Məsələn, Allahı sevirəm, elçisini və imamlarını sevirəm deyən birinin, Allahı, elçisini və imamların yolunu da izləməsi lazımdır. Əksi təqdirdə, belə bir sevgi quru sözdən və yalandan ibarətdir. Allah Quranda həqiqi sevgini daşıyanları və nicat tapanları belə vəsf etməkdədir:

“De ki, ‘Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, Onun Elçisindən və Onun yolunda cihaddan daha əzizdirsə, Allah Öz əmri ilə gəlincəyə qədər gözləyin. Allah günahkarları doğru yola yönəltməz”. (Tövbə, 9/24)

“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə xeyrə nail olmayacaqsınız. Sizin nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.” (Əli- İmran 3/92)

Bir başqa surədə:


-“Möminlər, həqiqətən də nicat tapmışlar!

-O kəslər ki, namazlarında mütidirlər,

-O kəslərdir ki, sözbazlıqdan qaçırlar,

-O kəslərdir ki, zəkat üçün çalışırlar,

-O kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar,

-Zövcələri və sahib olduqları cariyə (əsir arvadları) istisnadır. Onlar qınanmazlar.

-Bunlardan başqalarına açanlar həddi aşanlardır.

-O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar.

-O kəslər ki, namazlarını öz vaxtlarında qılırlar.

-Məhz onlardır varis olanlarınız.

-Firdovs cənnətinə varis olanlar orada əbədi qalacaqlar.” (Möminun, 1-11.)
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 108
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri